Ana səhifə / Dizayn modulu-1 kurs / Faylı bir formatdan digər formata çevirmək

Faylı bir formatdan digər formata çevirmək

Paylaşmaq!

Faylı bir formatdan digər formata çevirmək bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Faylı bir formatdan digər formata çevirmək

Faylı bir formatdan digər formata çevirmək

Bu üsulun mahiyyəti nədir?

Bildiyimiz kimi faylın bir rastr formatdan digər rastr formata çevrilməsi çevirmənin ən sadə üsuludur. Bu üsulun mahiyyəti ondan ibarətdir ki, informasiya ilkin fayldan oxunur, təsvirin ölçüsü, hər bir videopikselin rəngi və rəng dərinliyi haqqında informasiyalar başqa üsulla yeni faylda saxlanır.

Faylın bir rastr formatdan digər rastr formata çevrilməsi zamanı nə baş verə bilər?

Köhnə format daha çox rəngdən istifadə etməyə imkan verən halda informasiya itkisi baş verə bilər.

Faylı bir formatdan digər formata çevirmək

Deyək ki, rəng dərinliyi 24 bitə (16 777 216 rəngə) malik olan fayl rəng dərinliyi 8 bitə (256 rəngə) bərabər olan fayla çevriləndə demək olar ki, hər bir pikselin rəngi dəyişdirilməli olur.

Faylı bir formatdan digər formata çevirmək

Bu üsuldan istifadə ediləndə arzu edilməyən effektlər yarana bilər. Belə ki, ilkin təsvirdəki çoxsayli elementlər eyni rəngli sahəyə çevrilər və ya tədrici rəng keçidləri kəskin rəng keçidləri ilə əvəz edilə bilər.

Faylın bir rastr formatdan digər rastr formata çevrilməsi necə həyata keçirilir?

İlkin faylın hər bir pikseli üçün yeni məhdud rənglərdən daha çox uyğun gələni seçilir.

Faylı bir formatdan digər formata çevirmək

Faylı bir formatdan digər formata çevirmək üçün hansı proqramdan istifadə olunur?

Faylı bir formatdan digər formata çevirmək üşün xüsusi proqramlardan format konvertorlarından istifadə edilir.

Faylı bir formatdan digər formata çevirmək

Lakin qrafik redaktorların əksəriyyətində (CorelDRAW, Adobe Illustrator, Adobe Photoshop və s.) format çeviriciləri mövcuddur. Belə redaktorlar müxtəlif formatlı faylları oxumaqla yanaşı faylları yarada da bilir.

Beləliklə biz Faylı bir formatdan digər formata çevirmək  mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Rəng çaları, dolğunluq və parlaqlıq

Rəng çaları, dolğunluq və parlaqlıq

RGB və CMYK rəng modelləri aparat təminatı ilə bağlı məhdudiyyətə (kompüter monitorlarına və mətbəədə istifadə edilən rənglərə) əsaslanır.