Ana səhifə / Dizayn Modulu-2 kurs / Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi

Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi

Paylaşmaq!

Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi

Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi üçün hansı ardıcıllıq gözlənilməlidir?Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi

Hər bir qrafik proqramda olduğu kimi CorelDraw X6 proqramında da istənilən əməliyyat sona çatdıqda onu bir fayl kimi yaddaşda saxlamaq lazımdır. Bunun üçün isə standart alətlər panelində Save  düyməsi vurulmalıdır.

Menyu vasitəsilə Corel Draw sənədinin yaddaşda saxlanılması

Bunun üçün File (Файл) menyusuna daxil oluruq. Sаvе (Сохранить) əmri seçilir.  Qarşıya çıxan pəncərədə faylın yadda saxlanılacaq yeri təyin olunur. Fayla ad verilir. Sonra isə pəncərədə Sаvе (Сохранить)  düyməsi sıxılır.Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsiCorel Draw X6 proqramında sənədin yaddaşa verilməsi

Klaviatura ilə Corel Draw sənədinin yaddaşda saxlanılması

Bunun üçün mövcud sənəd üzərində klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə S hərfi vurulmalıdır. Əgər sənəd ilk dəfə yaddaşa verilirsə, bu zaman yeni dialoq pəncərəsi meydana gəlir. Qarşıya çıxan pəncərədə faylın yadda saxlanılacaq yeri təyin olunur.Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsiFayla ad verilir. Sonra isə pəncərədə Sаvе (Сохранить)  düyməsi sıxılır. Yox əgər sənədin adı varsa, o zaman cari sənəddə olan dəyişiklik yaddaşa verilir.

Beləliklə biz Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi  mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Corel Draw proqramında xətlərin çəkilməsi

Corel Draw proqramında xətlərin çəkilməsi

Bunun üçün göstəricini işçi sahənin boş hissəsində yerləşdirək və siçandan əlimizi çəkək. Daha sonra göstəricini düz xəttin son nöqtəsinin yerini təyin etdikdən göstəricinin ardınca düz xətt çəkilmiş olacaq. Yenidən siçanı aktivləşdirsək, işçi sahədə başlanğıc və son nöqtələri təyin olunmuş düz xətt alınacaq.