Ana səhifə / Dizayn Modulu-2 kurs / Corel Draw proqramında obyektin rənglə doldurulması

Corel Draw proqramında obyektin rənglə doldurulması

Paylaşmaq!

Bugünkü, elektron dərsimizin əsas mövzusu Corel Draw proqramında obyektin rənglə doldurulması olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Corel Draw proqramında obyektin rənglə doldurulması

Corel Draw proqramında obyektin rənglə doldurulması

Corel Draw X6 qrafik redaktorunda hazırlanmış obyektləri əksər hallarda müxtəlif rənglərlə boyayırlar. Bu məqsədlə proqramın sağ tərəfində yerləşmiş rəng palitrasından istifadə olunur.

Corel Draw proqramında obyektin rənglə doldurulması

Rənglər palitrasının yuxarı hissəsində yerləşən hücrəsi rəngin olmadığına işarədir.

Corel Draw proqramında obyektin rənglə doldurulması

Corel Draw qrafik redaktorunda rəngin yoxluğu ilə ağ rəng arasında hansı fərq vardır?

Əgər obyekt rəng ilə doldurulmayıbsa, o parlaq rəngdə olacaq və onun altındakı obyekt ekranda görünəcək.

Corel Draw proqramında obyektin rənglə doldurulması

Corel Draw qrafik redaktorunda obyektə rəng vermək üçün hansı əməliyyat icra olunur?

Bunun üçün çəkdiyimiz fiqur qeyd olunur. Sonra siçanın göstəricisi rəng palitrası üzərinə yaxınlaşdırıb sol düyməni bir dəfə sıxırıq.

Rengle doldurmaq

Corel Draw qrafik redaktorunda obyektin konturlarına rəng vermək üçün hansı əməliyyat icra olunur?

Bunun üçün çəkdiyimiz fiqur qeyd olunur.

Rengle doldurmaq

Sonra siçanın göstəricisi rəng palitrası üzərinə yaxınlaşdırıb sağ düyməni bir dəfə sıxırıq.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Təsvirə digər bir şəklin əlavə olunması

Təsvirə digər bir şəklin əlavə olunması

Photoshop proqramında təsvirə digər bir şəklin əlavə olunması üçün bir neçə üsul  vardır. Bu elektron dərsliyimdə hamısı barədə ətraflı təsvir izahat verəcəm.