Ana səhifə / Dizayn Modulu-2 kurs / Obyektlərin qarşılıqlı yerinin dəyişdirilməsi

Obyektlərin qarşılıqlı yerinin dəyişdirilməsi

Paylaşmaq!

Bugünkü, elektron dərsimizin əsas mövzusu Obyektlərin qarşılıqlı yerinin dəyişdirilməsi olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Obyektlərin qarşılıqlı yerinin dəyişdirilməsi

Obyektlərin qarşılıqlı yerinin dəyişdirilməsi

Şəkillərin tərtibatı zamanı obyektləri bir xətt üzrə və ya bir-birindən müəyyən məsafədə yerləşdirilməsi lazım olur. Bu əməliyyatı yerinə yetirmək üçün xüsusi alətlərdən istifadə olunur. İlk olaraq lazım olan obyektləri qeyd edərək, Arrange (Упорядочить) Align and Distribute (Выровнять и распределить) əmrini sıxmaq lazımdır. Açılan pəncərənin Align (Выровнять) bölməsinə baxaq.

Obyektlərin qarşılıqlı yerinin dəyişdirilməsi

Səhifədə mətnin yerini dəqiqləşdirmək üçün aşağıdakı şəkildə əksini tapmış ardıcıllığa riayət edilməlidir.

Mətnin yerdəyişdirilməsi

Sağ tərəfdəki Align and Distribute (Выровнять и распределить) dialoq pəncərəsini siçan vasitəsilə ekranın istənilən hissəsində yerləşdirmək mümkündür.

Obyektlərin qarşılıqlı yerinin dəyişdirilməsi

Bu zaman belə bir görüntü alınacaq.

Bu pəncərədəki Distribute to (Pacпределенит) iki hissədən ibarətdir:

  1. Extent of selection (По выделению) obyektlər tutduqları mövqedə bərabər olaraq paylanacaqlar.
  2. Extent of  page (По странице) obyektlər səhifə boyunca bərabər olaraq paylanacaqlar.

Praktik olaraq obyektlərin yerinin tarazlaşdırılması və paylanması bir neçə addımdan ibarətdir. Bir neçə obyekt qeyd olunaraq yeri dəyişdirilir, daha sonra isə növbəti qrupla lazımi əməliyyatlar aparılır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Corel Draw proqramında sənədin çapı

Corel Draw proqramında sənədin çapı

İstənilən faylı çap etmək üçün Ctrl+P cütlüyündən və ya File – Print (Файл – Печать) əmrindən istifadə edilir. Bu zaman belə bir pəncərə açılır.