Ana səhifə / Elektron dərsliklər / Fərdi kompüterin iş prinsipi

Fərdi kompüterin iş prinsipi

Paylaşmaq!

Fərdi kompüterin iş prinsipiSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri.  Kompüterin işini ümumi şəkildə belə təsvir etmək olar: əvvəlcə hər hansı bir xarici qurğudan istifadə etməklə, məsələn, klaviatur vasitəsilə kompüterin yaddaşına proqram daxil edilir.

Fərdi kompüterin iş prinsipi

Fərdi kompüterin iş prinsipi

Kompüterin idarəedici qurğusu proqramın birinci əmri yerləşən yaddaşın oyuğundan bu əmri oxuyub, onun yerinə yetirilməsinə təmin edir . Bu əmr isə cəbri və ya məntiqi əməliyyatların yerinə yetirilməsi üçün verilənlərin yaddaşa yazılması, verilənlərin xarici qurğudan yaddaşa verilməsi kimi işləri təmin edə bilər. Adətən, bir əmr yerinə yetirildikdən sonra idarəedici qurğu yaddaşın bu oyuğundan sonra gələn oyuqlardakı əmri yerinə yetirməyə başlayır. Bu qayda yalnız idarəetmənin keçid əmrlərilə dəyişdirilə bilər. Əmrlər idarəetmənin qurğuya proqramın yerinə yetirilməsi, yaddaşın hər hansı başqa bir oyuğunda yerləşən əmrdən başlayaraq davam etdirilməsi haqqında göstəriş verə bilər.
Beləliklə, idarəedici qurğu proqramın göstərişlərini insanın köməyi olmadan avtomatik yerinə yetirir. O, kompüterin fəal (operativ) yaddaşı və xarici qurğuları ilə əlaqə saxlayıb, onlardan informasiya alıb, informasiya verə bilər. Yerinə yetirilmiş proqramın bütün nəticələri idarəedici qurğu tərəfindən xarici qurğulara verilir və bundan sonra kompüter xarici qurğulardan yeni əmrləri gözləmə rejiminə keçir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Süni intellektin müasir tarixi haqqında məlumat

Süni intellektin müasir tarixi haqqında məlumat

Süni intellektin müasir tarixi haqqında məlumat bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Süni intellektin …

Добавить комментарий