Ana səhifə / KTƏ / Daxili yaddaş qurğusu

Daxili yaddaş qurğusu

Paylaşmaq!

Daxili yaddaş qurğusu bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Deyildiyi kimi, daxili yaddaş xarici yaddaşa nisbətən daha sürətlidir, ancaq onun tutumu daha məhduddur. Kompüterin daxili yaddaşı nə qədər çox olarsa, mürəkkəb tapşırıqların həllində kompüterin sürəti də bir o qədər yüksək olar.

Daxili yaddaşın neçə növü var?

Daxili yaddaşın üç hissədən ibarət olduğu da qeyd olunub: daimi, operativ və keş yaddaş.

Daimi yaddaşda nə saxlanılır?

Daimi yaddaşda kompüter üçün çox önəmli informasiyalar saxlanılır. Orada kompüterin əsas qurğularını yoxlayan və əməliyyat sistemini başladan proqramlar yerləşdirilib. Kompüter işə düşən kimi həmin proqramlar yerinə yetirilir. Aydındır ki, bu proqramları dəyişmək olmaz, yoxsa kompüter işə düşməz. Başqa sözlə, daimi yaddaşda saxlanılan informasiyaları yalnız oxumaq olar. Məhz buna görə çox zaman ROM ingiliscə Read Only-Memory yalnız oxunula bilən yaddaş adlandırılar.
Daxili yaddaş qurğusu

Əməli yaddaş qurğusu nədir ?

Operativ yaddaş cari iş zamanı gərəkli olan informasiyaları-ilkin verilənləri, proqramın komandalarını, aralıq və son nəticələri saxlamaq üçün nəzərdə tutulub. Bu yaddaşdan yalnız kompüter işləyərkən istifadə olunur, kompüter sönən kimi orada saxlanılan bütün verilənlər silinir. Operativ yaddaşa informasiyanı həm yazmaq, həm də oxumaq olur. Çox zaman onu RAM (ingiliscə Random Access Memory — ixtiyari erişimli yaddaş) adlandırılar.
Daxili yaddaş qurğusu
Fiziki olaraq yaddaş ana lövhədə, adətən, mikroprosessorun yanında yerləşir. PC-nin yaddaşı, DRAM(Dynamik Random Access Memory) mikrosxemləri kimi tanınan yaddaş mikrosxemlərinin yığınından ibarətdir. Kompüterlərdə tətbiq olunan ilk yaddaş modulları SIMM (Single-Inline-Modular-Memory) adlanırdı. SIMM’lər nə qədər populyar olsalar da, onları DIMM (Dual-Inline-Modular-Memory ) modulları əvəzləndi.
Hər bir DIMM modulunda 4, 8, 16, 32, 64, 128, 256 və ya 512 Mbayt yaddaş olur. Bu modullar sistem lövhəsindəki yaddaş yuvalarına (slotlarına) taxılır.

Keş yaddaş nədir?

Keş yaddaş (ingiliscə cache-gizli yer, anbar) kompüterin müxtəlif sürətli qurğularının işini uzaqlaşdırmaq yoluyla onun məhsuldarlığını artırmaq üçün nəzərdə tutulub. Keş yaddaşdan mikroprosesor və operativ yaddaş arasında, eləcə də operativ yaddaşla xaraci yaddaş arasında verilənlərin mübadiləsi zamanı istifadə olunur.
Daxili yaddaş qurğusu
Bu yaddaşdan istifadə sərt diskə müraciətlərin sayını azaldır. Qeyd: Kompüterin yaddaşı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Yaddaşın həcmi böyükdürsə, böyük sənədlərlə və elektron cədvəllərlə, qrafika və səsoaln proqramlarla rahat işləmək olar.

Yaddaş necə işləyir?

Kompüterdə dəyişən kəmiyyətlərin operativ saxlanması üçün istifadə olunan yaddaş mikroprosessor üçün tam açıq olur. Başladılan proqram təminatı yaddaşla necə qarşılıqlı əlaqədə olmaq, yaddaşda nə saxlamaq və yaddaşdaolan informasiya ilə etmək haqqında mikroprosessoru məlumantlandırır. Məsələn, mətn prosessorunun köməyi ilə hər hansı sənəd yaradıldıqda istifadəçinin daxil etdiyi hər bir simvol operativ yaddaşın hər hansı oyuğunda saxlanılır. Bundan sonra mikroprosessor bu simvola yalnız həmin sənəd üzərində redaktə, axtarış, əvəzləmə və bş kimi əməliyatlar aparmaq lazım gələndə müraciət edəcək. Yaddaşda nəsə-sənəd, elektron cədvəl və ya qrafik görüntü yaradıldıqdan sonra həmin obyekt diskdə saxlanılır. Disk-informasiyanın uzun müddət saxlamaq üçün anbardır. Diskdə saxlanılan informasiyaya təkrar müraciət etmək gərəkli olduqda həmin informasiya diskdən yaddaşa oxunmalıdır. Yalnız bu halda mikroprosessor göstərilən informasiya ilə işləyə biləcək.
Qeyd: Kompüterə gələn cərəyan kəsildikdə operativ yaddaşda olan informasiya silinir. Buna görə də gördüyünüz işlərin nəticələrini tez-tez diskdə saxlayın ki, bu sizdə vərdişə çevrilsin.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Subtraktiv rəng modeli

Subtraktiv rəng modeli

Subtraktiv rəng modelində mavi, al-qırmızı və sarı rənglər əsas rənglərdir. Onların hər biri çap səhifəsinə düşən ag rəngin müəyyən rənglərini udur və ya ağ rəngdən müəyyən rəngləri çıxarır.

Добавить комментарий