Ana səhifə / Elektron dərsliklər / Əməliyyat sistemində fayl anlayışı

Əməliyyat sistemində fayl anlayışı

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Əməliyyat sisteminin başlıca vəzifələrindən biri fayllara xidmət göstərməkdir. Fayl diskdə xüsusi ayrılmış yerdə saxlanılan bir-biriylə bağlı verilənlər yığınıdır. Adi sənədlər qovluqlarda , dolablarda saxlandığı kimi fayllar da kataloqlarda (qovluqlarda), disklərdə saxlanılır. Faylların yaradılması, saxlanması, uzadlaşdırılması, yaddaşa yüklənməsi və b.işlərlə ƏS məşğul olur.

Əməliyyat sistemində fayl anlayışı

Əməliyyat sistemində fayl anlayışı

Hər bir faylın adı olur. Faylın adı həm sadə, həm də mürəkkəb ola bilər. Mürəkkəb ad əsas (sadə) addan  və uzantıdan ibarətdir. Əməliyyat sistemi faylı adına görə tanıyır. Bəzi adlar əməliyyat sistemi tərəfindən “özəlləşdirilib“, qalan fayllara adları isə istifadəçi özü verir. Fayla ad vererkən çalışmaq lazımdır ki, seçilmiş ad faylda olan informasiyaya uyğun gəlsin. Faylların müxtəlif tipləri olur, məsələn, mətn faylları, qrafik fayllar, səs faylları, video faylları, və b. Fayllar tiplərinə görə ayırmaq üçün uzantıdan istıfadə olunur. Faylın uzantısı [file extension] onun məzmunu haqqında bilgi verir. Məsələn, *.txt uzantısı mətn faylını, *.jpg  qrafik faylın bir növünü, *.exe isə faylın proqram olduğunu bildirir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий