Ana səhifə / Elektron dərsliklər / “@” işarəsinin banisi

“@” işarəsinin banisi

Paylaşmaq!

“@” işarəsinin banisiSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Rey Tomlinson 1942-ci ildə Nyu-Yorkun Amsterdam şəhərində anadan olub. Orta təhsilini Broadalbin Mərkəzi Məktəbində başa vurduqdan sonra Renselir Politexnik İnstitutuna daxil olub. Burada elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnərək təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirib. 1965-ci ildə Massaçusets Texniki İnstitutunu bitirib və “Bolt, Beranek and Newman” (BBN) şirkətində işləməyə başlayıb. 1968-ci ildə şirkət “ARPANET” (müasir internetin sələfi) şəbəkəsinin yaradılması işi ilə bağlı hökumət sifarişini alır. ABŞ-ın Müdafiə Nazirliyinin Perspektiv Tədqiqat Layihələri Agentliyi (ARPA) bu işlərdə koordinator rolunu oynayırdı.

“@” işarəsinin banisi

“@” işarəsinin banisi

1969-cu ilin yanvar ayının 2-də “ARPANET” adlanan şəbəkə vasitəsilə Los-Anceles, Santa-Barbara və Yuta ştatının universitetləriStenford Elmi-Tədqiqat İnstitutu arasında informasiya mübadiləsi təmin edilir. Rey Tomlinson “ARPANET” (yetmişinci illərdə şəbəkə artıq 15 düymə malik idi) şəbəkəsinin uzaq düymələrinə faylların ötürülməsini təşkil etmək üçün bir neçə istifadəçiyə eyni kompyuter çərçivəsində məlumatlar mübadiləsinə icazə verməklə «lokal» poçtu təşkil edən “SNDMSG” sistemi və fayllarının ötürülməsi protokolu “CYPNET” ilə təcrübə aparmağa başlayır.

İlk məlumatı Rey Tomlinson laboratoriyada olan kompyuterlərin birindən qonşuluqda yerləşən digər kompyuterə göndərib. Kompyuterlər öz aralarında “ARPANET” vasitəsilə birləşdirilmişdi. Professor proqramın işlədiyinə əmin olana kimi məlumatı bir kompyuterdən digərinə dəfələrlə göndərib.

Çox keçmədən o, ilk məktubu “ARPANET” şəbəkəsində həqiqətən də uzaq məsafədə yerləşən kompyuterə yollayıb. İndi artıq Tomlinson öz birinci elektron məktubunun mətnini xatırlamır. Birinci şəbəkə ünvanı “tomlinson@bbn-tenexa” idi (Tenex — o zaman “Bolt Beranek and Newman” şirkətində istifadə olunan əməliyyat sistemidir).

Hazırda istifadə edilən domen adları keçən əsrin 80-ci illərində meydana gəlib. Tomlinson elektron məktubu qəbul edənlərdən əlavə, həm də poçt qutularının olduğu kompyuterləri müəyyən edən ünvan sxemini fikirləşir.

Bunun üçün ayırıcı lazım idi və Tomlinson «@» simvolunu seçir. Uzun illər keçəndən sonra ondan bu işarəni seçməsinin səbəbini soruşduqda, belə cavablandırıb: “Klaviaturada heç kimin adında istifadə edilməyən və qarışıqlığa gətirib çıxarmayacaq bir işarə axtardım. “@» simvolunu şüurlu şəkildə uyğun olaraq seçdim”. Məlum olduğu kimi, “@” -işarəsi tələffüzdə ifadə etdiyi “at” sözönü ingilis dilində “yanında, yaxınlığında” mənasını ifadə edir.

O göstərir ki, istifadəçi lokal şəbəkədə deyil, digər bir hostda yerləşir. Hazırda Tomlinson yenə də “BBN” texnologiyalar kompaniyasında çalışır və o, öz kəşfini son dərəcə təvazökarlıq göstərərək böyük bir qəhrəmanlıq saymır və qeyd edir ki, mən heç düşünməzdim ki, bu ixtira alimlər arasında rahat ünsiyyət forması yaratmaqdan nə isə daha böyük əhəmiyyətə malik olacaq.

Xatırladaq ki, ilk əvvəl e-poçtdan alimlər yalnız öz aralarında operativ informasiya mübadiləsi etmək üçün istifadə edirdilər. Zaman keçdikcə Tomlinsonun kəşfi insanların gündəlik istifadə etdiyi və faydalandığı bir ünsiyyət vasitəsinə çevrildi.

Əvvəllər e-poçtla ötürülən informasiya ancaq mətn halında olurdu. Artıq bu gün e-poçtla göndərdiyin mətnə istənilən faylı qoşmaq, şəkil, səs, gif-animasiya, flash-obyektlər əlavə etmək olar. Rey Tomlinson informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə, əldə etdiyi uğurlara və elmi tədqiqatlarına görə bir sıra mükafatlar əldə edib.

O cümlədən, 2000-ci ildə Amerika Kompyuter Muzeyi ilə Montana Dövlət Universitetinin Kompyuter Elmləri Departamentinin “Computer Pioneer” mükafatına, 2001-ci ildə Beynəlxalq Rəqəmsal Sənət və Elm Akademiyasının “Webby” mükafatına layiq görülüb. Bunlardan əlavə, 2002-ci ildə “Discover Magazine”nin “İnnovation”, 2009-cu ildə isə “Prince of Asturias” mükafatlarını alıb.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий