Ana səhifə / Elektron dərsliklər / Klaviatura haqqında məlumat

Klaviatura haqqında məlumat

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Kompüterdə standart daxiletmə qurğusu klaviaturadur. Onun köməyilə həm ədədi, həm də mətn informasiyaları, həm də çeşidli komandalar  və verilənlər kompüterə daxil edilir.

Klaviatura haqqında məlumat

Klaviatura haqqında məlumat

Aşağıdakı şəkildə təsvir olunmuş 104 klavişli genişləndirilmiş klaviatura standart klaviatura kimi qəbul olunur. Klaviaturanın görünüşü şəkildəki kimi olmaya da bilər. Erqonomik klaviaturalar başqa formada olur, yardımçı klavişləri (məsələn, internet də işləmək üçün) olan klaviaturalara da rast gəlinir.
Funksional klavişlər. Bu klavişlər klaviaturanın yuxarı sırasında yerləşdirilib və <F1>,<F2 <F3>, …,<F12> kimi işarələnib.
Klaviatura haqqında məlumatHərf –rəqəm klavişlər. Bu klavişlər klaviaturanın orta hissəsində yerləşir. Onlar hərflər, rəqəmləri, punktusiya (durğu) işarələrini daxil etmək üçün nəzərdə tutulub. Yardımçı <ctrl>, <Alt> klavişləri və xüsusi <windows> klavişi də bu qurupa daxildir.
Kursorun idarəolunması klavişləri. Bu klavişlərin dördünə çox zaman ox klavişləri də deyirlər. Onlar mətn kursorunun klavişin üzərində  göstərilmiş ox istiqamətində hərəkət etdirilməsi üçün nəzərdə tutulub. Həmin dörd klavişdən yuxarıda bu kateqoriyalı daha altı klaviş yerləşir: <Insert>, <delete >, <Home>, <End>,<PgUp>və<PgDn>.
Yardımçı rəqəm klaviaturası. Kalkulyatorun klavişlərini xatırladan bu klavişlər dəsti klaviaturanın sağında yerləşir və əsasən bank, mühasibatlıq işçiləri arasında populyardır. <Num Lock > klavişindən istifadə etməklə  onların funksiyasını dəyişmək olar: Num lock indi katoru yanmırsa həmin klavişlər kursorun idarə olunması  klavişlərini çevrilir.
Adətən, klaviaturada yığılan informasiya monitorun ekranında əks olunur. Ekranda  yeni daxil ediləsi simvolun yeri xüsusi işarə ilə kursorla göstərilir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий