Ana səhifə / KTƏ / Klaviatura haqqında məlumat

Klaviatura haqqında məlumat

Paylaşmaq!

Klaviatura haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram. 

Klaviatura haqqında məlumat

Klaviatura haqqında məlumat

Klaviatura nədir?

Fərdi kompüterin standart giriş qurğusu olub, həm də kompüterin idarə edilməsini təmin edir. Klaviatura informasiyanın kompüterə daxil edilməsi və kompüterin işinin idarə edilməsi üçün nəzərdə tutulmuşdur. Kompüterdə standart daxiletmə qurğusu klaviaturadur. Onun köməyilə həm ədədi, həm də mətn informasiyaları, həm də çeşidli komandalar  və verilənlər kompüterə daxil edilir.
Klaviatura haqqında məlumat
Yuxarıdakı şəkildə təsvir olunmuş 104 klavişli genişləndirilmiş klaviatura standart klaviatura kimi qəbul olunur. Klaviaturanın görünüşü şəkildəki kimi olmaya da bilər. Erqonomik klaviaturalar başqa formada olur, yardımçı klavişləri (məsələn, internet də işləmək üçün) olan klaviaturalara da rast gəlinir.

Funksional klavişlər hansılardır?

Funksional klavişlər. Bu klavişlər klaviaturanın yuxarı sırasında yerləşdirilib və <F1>,<F2 <F3>, …,<F12> kimi işarələnib.
Klaviatura haqqında məlumat

Hərf–rəqəm klavişləri hansılardır?

Hərf –rəqəm klavişlər. Bu klavişlər klaviaturanın orta hissəsində yerləşir. Onlar hərflər, rəqəmləri, punktusiya (durğu) işarələrini daxil etmək üçün nəzərdə tutulub.
Klaviatura haqqında məlumat
Yardımçı <ctrl>, <Alt> klavişləri və xüsusi <windows> klavişi də bu qurupa daxildir.

Kursorun idarəolunması klavişləri hansılardır?

Kursorun idarəolunması klavişləri. Bu klavişlərin dördünə çox zaman ox klavişləri də deyirlər. Onlar mətn kursorunun klavişin üzərində  göstərilmiş ox istiqamətində hərəkət etdirilməsi üçün nəzərdə tutulub.
Klaviatura haqqında məlumat
Həmin dörd klavişdən yuxarıda bu kateqoriyalı daha altı klaviş yerləşir: <Insert>, <delete >, <Home>, <End>, <PgUp> və <PgDn>.

Yardımçı rəqəm klaviaturası hansılardır?

Yardımçı rəqəm klaviaturası. Kalkulyatorun klavişlərini xatırladan bu klavişlər dəsti klaviaturanın sağında yerləşir və əsasən bank, mühasibatlıq işçiləri arasında populyardır.
Klaviatura haqqında məlumat
<Num Lock > klavişindən istifadə etməklə  onların funksiyasını dəyişmək olar: Num lock indi katoru yanmırsa həmin klavişlər kursorun idarə olunması  klavişlərini çevrilir. Adətən, klaviaturada yığılan informasiya monitorun ekranında əks olunur. Ekranda  yeni daxil ediləsi simvolun yeri xüsusi işarə ilə kursorla göstərilir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir

Добавить комментарий