Ana səhifə / Elektron dərsliklər / Kompüter elmi tədqiqat sahəsində

Kompüter elmi tədqiqat sahəsində

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Yüksək sürətli kompüterlərin tətbiqi elmi-tədqiqatların üsullarını əhəmiyyətli dərəcədə dəyişdrir. Ənənəyə görə, alimlər hadisə və proseslərin sadələşdirilmiş modelləri üzərində işləyirlər: müşahidə və təcrübələrin gedişində onların irəli sürdükləri fikirlər yoxlanılır.

Kompüter elmi tədqiqat sahəsində

Kompüter elmi tədqiqat sahəsində

Ancaq mürəkkəb sistemləri mahiyyətə xələl gətirmədən sadələşdirmək çətidir. Bəzi mühüm hadisələr nəzərə alına bilinməyən kombinasiyalar və ya kiçik effektlərin güclənmsi hesabina aşkar olur. Kompüterlər öz təbiəti etibarilə ən müxtəlif hadisələri müvəffəqiyyətlə təhlil etməyə imkan verir: yarımkeçiricilərdə yükdaşıyıcıların diffuziyasından tutmuş, milyonlarla ulduzu olan qalaktikaların toqquşmasına kimi. Belə sistemlərin modellərindən istifadə edərək mürəkkəb vəziyyətlərdə sadə nəzəri fərziyyələrlə keçinmək olar. Bundan başqa, kifayət qədər hesablama imkanları olduqda şübhəli təqribiliklər və sadələşdirmələr hesabına nəzəri modelləri tədqiq etmək imkanı yaranır. Dəqiq hesablama modeli ölçmə metodikasına görə adi laboratoriya eksperimentinə yaxınlaşır. Hesablama eksperimentinin üstün cəhəti ondadır ki, bilavasitə ölçülməsinə imkan olmayan parametrlər tədqiqat obyekti ola bilər; məsələn: Nyutonun ümumdünya cazibə qanunu yaxşı yaxşı öyrənildiyindən Günəş sisteminin dəqiq hesablama modeli var. Bundan çıxış edərək kompüterdə “Əgər Mars olmasaydı,Yer kürəsinin orbiti necə dəyişərdi?” təcrübəsini qoymaq olar. Bilavasitə ölçməiərin nəticələrini modelləşmə nəticələri ilə müqayisə edərək müşahidədən alınan nəticələrlə hansı konfiqurasiyanın daha çox uyğun gəldiyini müəyyən etmək mümkündür. Məhz bu yolla XIX əsrdə Uranın orbital hərəkətindəki ehtizazın səbəbini başa düşmək mümkün oldu. Günəş sisteminin modelinə  naməlum planeti daxil edən alimlər onun orbitinin parametirlərini müşahidələrdəki nəticələrə oxşar effektlər alınana qədər dəyişdilər. Nəticədə Neptun planeti kəşf olundu.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий