Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Bugünki məqaləmdə Kompüterin yüklənməsi vaxtı səhvlər haqqında danışacağam. Keçmiş dərsdə mən kompüterin yüklənməsi vaxtı yaranan əsas problemlərdən danışdım. Biz BIOS səs siqnallarına və POST sisteminin ən çox rast gəlinən mesajlarına baxdıq. Bu dərslə mən daha əvvəl açılmış mövzunu davam etmək istəyirəm. Beləliklə siz Power düyməsini sıxdınız və kompüteri işə saldınız. Bu zaman qarşıya çıxan ilk mənzərə BIOS olacaq.
Məqalənin mündəricatı
Kompüterin yüklənməsi vaxtı səhvlər
Bios-da olan POST (Power On-Self-Test-kompüter işə düşərkən özünü test etmə) proqramı vasitəsilə kompüterinizə qoşulan bütün qurğular test olunacaq. Onun müvəffəqiyyətli tamamlanmasından sonra BIOS kompüteri yükləyəcək qurğunun axtarışını həyata keçirir. Bu qurğu istənilən məlumat daşıyıcısı ola bilər – sərt disk, fleşka, disklərin CD/DVD-ı qurğusu və s.
Bəs bu axtarış necə həyata keçirilir ?
Məsələ ondadır ki, BIOS-da artıq qurğuların siyahısı var, hansılardan ki, kompüteri yükləmək mümkündür və yükləmə qurğusunun axtarışı bu siyahıda qurğuların ardıcıllığına uyğun olaraq həyata keçirilir. BIOS bölməsində yükləmə qurğularının siyahısı olur, adətən Boot (yükləmə) adlanır və bu siyahıda qurğuların ardıcıllığını istəkdən asılı olaraq dəyişdirmək olar.
BİOS kompüterin yüklənməsi zamanı siyahıda olan qurğuları ardıcıllıqla skan edir. Bu proses o vaxta qədər davam edir ki, əməliyyat sisteminə məxsus olan yükləmə fayılları tapılsın.
BIOS yükləməsinin siyahısında qurğuların sırasını dəyişdirmək olar. Adətən bu belə nizamlanır: Kompüterin POST yoxlamasının keçməsi mərhələsindən dərhal sonra Delete klavişini basmaq lazımdır.Bu dərsdə mən ASUS EEE PC 1000H-ın netbukunun ekranının şəkillərini dərc edirəm, sizin kompüterinizdə BIOS növü bir qədər fərqlənə bilər. Bəzən BIOS-a daxil olmaq üçün istifadə olunan klaviş başqası ola bilər.Bunu bilmək üçün sistem lövhəsinin təlimat kitabçasına baxmaq lazımdır. Amma çox zaman bu Delete düyməsi olacaq və ya mənim hadisəmdə, F2 düyməsi. BIOS-a daxil olub qurğuların yüklənməsi ardıcıllığına cavab verən bölməni tapmaq lazımdır. Adətən belə bölmə Boot adlanır.
BIOS menyusu üzrə yerdəyişmə üçün adətən kursoru idarə etmənin klavişləri istifadə olunur – oxlar yuxarı, aşağı, sağa və sola. Menyunun bölməsinə giriş üçün Enter klaviş istifadə olunur və çıxış üçün – Esc düyməsi vurulur.
Boot menyusunda siz belə siyahını görəcəksiniz:
Beləliklə, POST yoxlamasının keçməsindən sonra, BIOS sıra ilə siyahı üzrə bütün qurğuları yoxlayır. Yükləmənin siyahısında qurğunun mövcudluğu hələ kompüterdə onun fiziki mövcudluğunu bildirmir. Birinci yerdə yükləmənin siyahısında CD/DVD-ı qurğusunun olmasına baxmayaraq əgər qurğuda disk yoxdursa,onda BIOS siyahı üzrə növbəti qurğuya keçəcək.
Yükləmə qurğusu tapılan kimi kompüterin yükləməsinin prosesi ondan davam edir. Qurğunun xüsusi aktiv bölməsi müəyyən olur, hansında ki, yükləmə informasiyası olur və əməliyyat sisteminin nüvəsini yüklənir.Sonra kompüterə yükləmənin bütün prosesini idarə etməsi ötürülür.
Əgər səhv barədə məlumat çıxırsa və ya yükləmə prosesi dayanırsa,onda buna aşağıdakılar səbəb ola bilər:Ya qurğuda yükləmə diski yoxdur.Ya da ki,yükləmə faylları zədələnib.
Bu səhvlər aşağıdakılar ola bilər:
Non system disk
Invalid system disk
System disk error
NTLDR is missing
Əgər siz bu mesajlardan birini gördünüzsə,onda nə etmək lazımdır?
Birinci növbədə BIOS-da kompüterin qurğularından yükləmənin sırasını aydınlaşdırmaq gərəklidir. Tamamilə ola bilər ki, sizdə birinci yerdə yükləmənin siyahısında CD/DVD diski dayanır. Lakin orada sistemin yüklənməsi üçün başqa disk qoyulub.
Əgər bu mesaj təkrar meydana çıxmağa davam edirsə, onda, ehtimal ki, sistem faylları zədələnib. Bu halda səbəblər kifayət qədər çox ola bilər.Belə ki,kompüterə virus düşməsindən ta istifadəçinin özünün düşüncəsiz hərəkətlərinə qədər. Bu halda Windows-u bərpa etməyə cəhd etmək olar. Amma bu vəziyyət üçün hamıya eyni alqoritmli hərəkətləri bütün hadisələrdə tövsiyyə etmək çətindir.
Əgər viruslar və ya zərərverici proqramlar nasazlığın səbəbidirsə, onda Dr.Web LiveCD və Dr.Web LiveUSB proqramının köməyi ilə sistemin işlək qabiliyyətini bərpa etməyə çalışmaq olar. Bu proqramlar pulsuz proqramlardır. Təyinatı kompüteri sərt diskdən deyil CD və ya fleşkadan yükləmək üçündür. Bunların köməyi ilə siz viruslara görə kompüteri yoxlaya və problemləri aradan qaldıra bilərsiniz.
Təbii ki, bu cür proqramların sayı minlərlədir. Lakin bunların hamısının iş prinsipi eynidir.
Başqa bir məsləhətim odur ki, əgər sizin kompüterinizdə daha doğrusu C: diskinizdə gərəkli olan informasiyalar yoxdursa, onda ən sadə yol sistemi kompüterə yenidən quraşdırmaqdır.
Əgər vacib məlumat varsa,onda burada məsələ bir qədər çətinləşir. Belə ki, mən bu halda tövsiyyə etməzdim ki,sistemi bərpa edək. Bunun üçün kompüterin sərt diskini sistem blokundan çıxardırıq. Sonra onu işlək olan digər kompüterə ikinci qurğu kimi qoşuruq. Əvvəlcə kompüterimizdə olan antivirus proqramı ilə qoşduğumuz sərt diski yoxlayırıq. Sonra qoşduğumuz sərt diskin C: bölümündəki lazım olan faylları başqa ünvana deyək ki həmin sərt diskin D: bölümünə köçürürük.Daha sonra qoşduğumuz sərt diski çıxardırıq və yenidən əvvəlki kompüterə qoşub sistemi yazmağa başlayırıq.
Sual oluna bilər ki, niyə mən Windows-u bərpa etməyi sevmirəm? Çünki, mənim təcrübəm onu göstərir ki, bir qayda olaraq belə səhvlər «zibillənmiş» əməliyyat sistemlərində olur və bir neçə zərər vurulmuş faylın bərpası qlobal problemi həll etmir. Tezliklə problem təkrarlanır və ya yeni səhvlər meydana çıxır. Buna görə mən iki məsələyə daha çox üstünlük verirəm. Birincisi əməliyyat sistemini daimi təmiz saxlamalı. İkincisi zərər vurulmuş faylların bərpasına vaxt itirməkdənsə, sistemi kompüterə yenidən yazmağa.
Əlbəttə yeni başlayan istifadəçilər üçün əməliyyat sistemini kömək olmadan kompüterə quraşdırmaq bir qədər çətindir.Lakin bunu öyrənməyə dəyər.Bunun üçün saytımda bütün lazımlı informasiyalar var.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.