Ana səhifə / Elektron dərsliklər / Gələcəkdə ölümün göy ekranını necə ləğv etməli?

Gələcəkdə ölümün göy ekranını necə ləğv etməli?

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Bugünki məqaləmdə biz Gələcəkdə ölümün göy ekranını necə ləğv etməli? üsullarını öyrənəcəyik.

Gələcəkdə ölümün göy ekranını necə ləğv etməli?Gələcəkdə ölümün göy ekranını necə ləğv etməli?

Göy ekranın ləğvi. Birinci məsləhətim odur ki, çalışın həmişə sistem yazılan sərt diskin nəzərdə tutulan hissəsində həmişə boş yer qalsın. Əgər sərt diskdə boş yer yoxdursa, tövsiyyə edərdim ki, lazım olmayan proqram və ya fayllarınızı silməklə boş yeri kompüter üçün təmin edəsiniz. (Şəkil 5)Gələcəkdə ölümün göy ekranını necə ləğv etməli?Göy ekranın ləğvi. İkinci məsləhətim odur ki, vaxtaşırı kompüterinizi antivirusla test edəsiniz. Bu üsulla siz kompüteri viruslardan qorumuş olursunuz. (Şəkil 6)Gələcəkdə ölümün göy ekranını necə ləğv etməli?Göy ekranın ləğvi. Üçüncü məsləhətim odur ki, əgər siz windows əməliyyat sistemini rəsmi olaraq işlədirsinizsə, onda Microsoftun rəsmi serverindən sistem üçün nəzədə tutulmuş yenilənmələri aparasınız. Belə ki, əməliyyat sisteminin yenilənməsi zamanı o bir çox səhvləri özü düzəldir. (Şəkil 7)Gələcəkdə ölümün göy ekranını necə ləğv etməli?4. Əgər BSOD adlanan sistem səhvi drayverin quraşdırılmasından sonra çıxırsa, onda məsləhət görülür ki, həmin drayverin köhnə versiyasını kompüterə quraşdırasınız. Bəzi hallarda yüklədiyiniz drayverin silinməsi də BSOD adlanan sistem səhvinin  aradan qalxmasına səbəb ola bilər. Həmçinin sistemin sonuncu dəfə uğurlu buraxılışı rejimində bu problem həllini tapa bilər.

5. Əgər siz kompüterinizə yeni avadanlıq quraşdırmısınızsa və BSOD adlanan sistem səhvi çıxırsa, məsləhət görülür ki, bu qurğunun əməliyyat sisteminə uyğunluğunu yoxlayasınız. Sonra isə onun drayverini avadanlığı istehsal edən şirkətin rəsmi saytından endirəsiniz.

6. BİOS-un ayarlarını olduğu kimi saxlayın. Belə ki, BİOS-un düzgün sazlanmaması sonrakı mərhələdə böyük faciəyə səbəb ola bilər. Bu zaman ölümün göy ekranı bunun yanında toya getməli olar. Odur ki, BİOS-un sazlanmasından anlayışınız yoxdursa buna toxunmasanız yaxşıdır və ya mütəxəssisə müraciət etsəniz yaxşı olar.

7. Ən çox BSOD adlı sistem səhvinə səbəb olan qurğu əməli yaddaşdır. Əməli yaddaşın yoxlanılması üçün istifadə edilən proqram MEMTEST 86 adlanır. Əgər əməli yaddaşda səhv aşkar edilərsə,onda düşünmədən əməli yaddaşınızı dəyişin.

8. Sərt diski səhvlərə görə test edin. Bunun üçün həm əməliyyat sisteminin öz standart vasitələrinin köməyi ilə həmdə digər proqramlar vasitəsi ilə yerinə yetirmək olar. (Səkil 8)Gələcəkdə ölümün göy ekranını necə ləğv etməli?9. Komputer hissələrini qizmasi da BSOD kimi sistem səhvinin yaranmasina səbəb ola bilər. Bunun üçün vaxtaşırı komputeri tozdan təmizləmək lazımdır. Əgər gələklidirsə, onda əlavə kuller sistem blokunun yerdəşdirilir ki, hava sistem blokunda dövr etsin.

10. Sistem blokunun daxilində olan avadanlıqların kabellerin düzgün qoşulduğunu yoxlayın. Əgər lazim gəlsə onları üfürmə və sürtmə yolu ilə təmizləyin.

11. Hər ehtimala qarşı əməlliyyat sisteminizi yenidən yükləyin. Çalışın ki, lisenziyalı əməliyyat sistemi diskindən istifadə edəsiniz. Çünki bəzi yığma əməliyyat sistemləri BSOD kimi sistem səhvini yaranmasına səbəb olur.

 Ardı növbəti sayımızda…

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий