Ana səhifə / Elektron dərsliklər / Nanotexnologiya haqqında

Nanotexnologiya haqqında

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Nanotexnologiya sadəcə nanoölçu hissəciklərin, materialların, məhsulların, texnologiyası deyil. Bu texnologiya kimya və materiallar, yeyinti və biotexnologiya, elektronika və materiallar sənayesini, elmin və texnikanın bir çox sahələri əhatə edən son dərəcədə incə bir texnologiyadır. İnsan fəaliyyətinin elə bir sahəsi yoxdur ki, orada nanotexnologiyanın nailiyətlərindən istifadə edilməsin və ya edilməsi nəzərdə tutulmasın. Nanotexnologiyanın imkanları həddən artiıq genişdir. Odur ki, bu texnologiya əsasında yaradılan məhsulların miqdarı və növləri çox böyük sürətlə artmaqdadır. Nanotexnologiyada araşdırmalar fiziki və kimya elminin bazasına əsaslanaraq aparılır. Bu elmlərin metodlarını və nailiyətlərini tətbiq etməklə atom molekullarla manipulyasiya edərək çox kiçik ölçülü, yüksək dərəcədə aktiv materiallar alırlar.

Nanotexnologiya haqqındaNanotexnologiya haqqında

Nano elminanotexnologiyanın imkanları haqqında ilk dəfə dünyaşöhrətli fizik, Nobel mükafatı laureatı Riçard Feynmanın Kaliforniya Texnologiya İnstitunda 1959-cu ildə oxuduğu mühazirədə soyləmişdir. O atom və molekul səviyəsində baş verən proseslərin məkanında həddən artıq geniş və külli miqdarda boş yerlərin olduğunu deyirdi. Biz həmin yerlərə daxil ola bilsək, atom və molekulları həmin boş yerlərdə istədiyimiz kimi düzə bilsək imkanları qeyri məhdud olan bir texnologiyanın əsasını qoya bilərik. Bu ideyanı reallaşdırmaq keçən əsrin 80-ci illərində atom qüvvət və skayner mikroskopların kəşfindən sonra mümkün oldu. İndi alimlərin əlində atomlarla manipulasiya etməyə imkan verən elə texnologiyalar (sinxotron şüalanma, spektroskopiyanın müxtəlif növləri və s.) var ki , onların köməyi istənilən xassəyə malik maddə, informasiya bankı yarada yazı yaza bilərik. Nanotexnologiya terminini 1974-cü ildə ilk dəfə Tokiyo Universitetinin professoru Norio Taniguchi təklif etmişdir. Beynəlxalq elm aləmi tərəfindən qəbul edilmiş bu termin indi dünyada ən çox işlədilən məfhumlardan biridir. Eric Drexler 1986-ci ildə atomlarla manupulyasiya edərək yeni tip maddələri istehsalından bəhs edən kitab yazmışdı. Bu kitab nanotexnologiyadan bəhs edən ilk kitab idi. Nanotexnologiya ilə alınan materialların fiziki və kimyəvi xaraketristikaları qeyri-adi dərəcədə adi texnologiya ilə alınan materiallardan fərqlənir.
Texnologiya inkişaf etdikcə istifadə etdiyimiz vasitələrin ölçüləri kiçilir. İlk kompyuter bir otaq qədər böyük idi. Əvvəl bir iş stolunun, sonra da dizlərin üstünə qoyulacaq qədər kiçildi. İndi isə cibimizdə daşınacaq qədər kiçik olanları belə var.
Texnologiyanın ölçüsü millimetrin 100 milyon-1 milyardda biri qədər olan məhsullarin istehsalı, montajı və istifadəsi ilə məşğul olan qoluna nanotexnalogiya deyilir. Üzüyün içinə sığışdırmağı xəyalımızda canlandırdığımız kompüter bir yana, bir toz zərrəciyi nanotexnologiya dünyasına sığışmayacaq qədər böyük formadır.
Nanotexnologiya atomlardan bir-bir istifadə edərək sadəcə işləyən deyil, həmdə funksional, makrodünyada olmayan xüsusiyyətlərə malik cihazların istehsalını və istifadəsini hədəfləyən sahədir.
Nanotexnologiyanın ən çox tədbiq edilməsi nəzərdə tutulan sahələrdən biri də tibbdir. Nanotexnologiya iləistehsal edilən robotlar xərçəngə yaxalanmış hüceyrələri axtarıb tapacaq və içlərinə girib xüsusi dərmanlardan ibarət yüklərini boşaldacaqlar və ya tıxanmış damarları açmaq kimi birbaşa cərrahi əməliyyatlar edəcəklər. Xərçəngə yaxalanmış hüceyrələri axtarıb tapan və içlərinə girib xüsusi dərmanlardan ibarət yüklərini boşaldan, bərpa edən yarımexanik, Yarıbioloji cihazlar, yolları, evləri təmizləyən nanorobotlar ordusu, nanometr (milyardda bir metr) qalınlığındakı simlərdən axan elektronların təmin etdiyi ağlasığmaz sürətdə və böyüklükdə rabitə və hesablama gücüdür.
Nanotexnalogiyanı tətbiqə yararlı edən cəhət atomların quruluşu və aralarındakı mükəmməl təşkilatlanma xüsusiyyətidir. Onları təqlid edə bilsək də, bilməsək də, həyatın özü, hətta kainat bütünlükdə atomdakı üstün nizamın bir nəticəsidir. Bu səbəbdən nanotexnologiya mühəndisləri biomolekullardan sonra ikinci xüsus kimi atomların quruluşu və davranış formalarını bilməlidirlər. 

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий