Ana səhifə / KRİ modulu / Sistem lövhəsi haqqında məlumat

Sistem lövhəsi haqqında məlumat

Paylaşmaq!

Sistem lövhəsi haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Sistem lövhəsi haqqında məlumat

Sistem lövhəsi haqqında məlumat

Sistem lövhəsi nədir?

Sistem lövhəsi haqqında məlumat

Sistem lövhəsi (system board; системная плата)— kompüterin başlıca  komponentidir. Çox zaman ona qeyri-rəsmi olaraq ana lövhə (motherboard; материнская плата) də deyilir. Kompüter sistemini böyük bir şəhərə bənzətsək, sistem lövhəsi həmin şəhərin mərkəzi meydanı olacaq. İstənilən  şəhərdə əsas hadisələr mərkəzi meydanda baş verdiyi kimi, kompüterdə  əsas hadisələrin baş verdiyi yer sistem lövhəsidir.

Sistem lövhəsinin üzərinə hansı qurğular yerləşdirilib?

Bu onunla bağlıdır ki, sistem lövhəsi kompüterin başlıca mikrosxemi olan mikroprosessorun (yaxud, sadəcə, prosessorun) işləməsini təmin edir. Sistem lövhəsində çox çeşidli  qurğular yerləşib. Bunlar qida blokunun bağlayıcıları, genişləndirmə slotları (yuvaları), operativ yaddaş, xarici diskləri qoşmaq üçün bağlayıcılar, BIOS və ya ROM mikrosxemləri və b. komponentlərdir.
Sistem lövhəsi haqqında məlumat
Hər böyük şəhərdə dəmir yol stansiyaları və aeroportlar olduğu kimi, sistem lövhəsində daimi informasiya alınmasını və göndərilməsini təmin edən vasitələr var. Yadda saxlama qurğuları birbaşa sistem lövhəsinə qoşulub, bundan başqa, yeni xarici qurğuları qoşmaq üçün orada əlavə bağlayıcılar var. Sistem blokunun arxa panelindəki bütün portlar da sistem lövhəsinə gedir. Çox zaman sistem lövhəsinin müvafiq slotlarına əlavə genişləndirmə lövhələri taxılır. Genişləndirmə lövhələrinə bəzən qız lövhələr [daughter card; дочерняя плата] də deyilir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий