Ana səhifə / Elektron dərsliklər / Overhead skaneri haqqında

Overhead skaneri haqqında

Paylaşmaq!

Overhead skaneri haqqındaSalam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Skaner vasitəsilə kompüterə mətnləri, şəkilləri, cizgiləri və digər qrafiki informasiyanı daxil etmək olur. Ən geniş yayılmış 2 tip skanerlər mövcuddur:əl ilə işləyən (hand-held) və stolüstü (desktop). Əl ilə işləyən skaner yığcam qurğu olub, kifayət qədər çevikdir və biryerdən başqa yerə aparmaq nöqteyi-nəzərindən  yaradılır. Təsviri daxil etmək üçün skaneri təsvirin səhti üzrə ilə sürüşdürmək lazımdır. Skanerin mətni əhatə etdiyi eni 4 düyüm (10 sm) olur, uzunluğu isə proqram təminatı ilə məhdudlaşır.

Overhead skaneri haqqında

Overhead skaneri haqqında

Stolüstü skanerlərdə çox vaxt səhifəlik, planşet və ya avtoskaner də deyilir. Bu skaner vasitəsilə 8,5 x 11 və ya 8,5 x 14 düyüm ölçüsündə təsvirləri kompüterə daxil etmək mümkündür. Bu skanerlərin 3 növü mövcuddur: flatbed, sheet-fed, overhead.
Overhead skaneri haqqındaFlatbed-skanerləri çox bahalı qurğu olub, eyni zamanda çox «ağıllı» dır. Təsviri daxil etmək üçün onu skanerin şüşəli stolun üzərinə qoyub, qapağı qapamaq lazımdır. Yerdə qalan bütün hərəkətləri skaner tədbiqi proqramın köməyilə özü yerinə yetirir.
Sheet-fed skanerləri ilə işləmək faks-aparatı ilə işləməyə bənzəyir. İlkin təsvir vərəqi dartıcı mexanizim vasitəsilə qurğunun içərisinə dartılır. Bu cür skanerlərdə kağızı avtomatik daxil edən xüsusi qurğu olur. Lakin bunun bir mənfi cəhəti vardır ki, cildlənmiş materialları burdan buraxmaq mümkün deyil.
Overhead skaneri-«overhead» proyektorlarını xatırladır. Daxil ediləcək sənəd skanerin səthində baş-ayaq qoyulur, skanerin də uyğun bloku belə yerləşir.
Ağ-qara skanerlərin ilk modelləri yalnız 2 səviyyəli rejimdə (bilevel) işləyə bilirdilər. Bu yolla ya ştirixlənmiş şəkillər (məsələn, cizgilər), ya da ikifonlu təsvirlər daxil edilə bilridi. Yalançı yarımfon rejim (dithering) yalnız bozumtul rənglərin imitasiyasını verir və bunun vasitəsilə daxil edilən təsvirin bir neçə nöqtələri quruplaşdırılaraq, «gray-scale-piksellər» təşkil edirlər. Onların ölçüləri-2 x 2 (4 nöqtə), 3 x 3 (9 nöqtə), 4 x 4 (16 nöqtə) və s. olur.
Overhead skaneri haqqındaQara nöqtələrin miqdaının ağ nöqtələr miqdarına olan nisbəti bozumtul rəngin səviyyəsini təyin edir. Məsələn, «4 x 4» ölçüsündə «gray-scale-piksel» 17 səviyyəli bozumtul (tam ağ rəngdə daxil olmaqla) rəng əks etdirir. Lakin bu halda onun seyrəklik xüsusiyyəti 4 dəfə azalmış olur.
Skanerin seyrəklik xüsusiyyəti 1 dyüm təsvirdə olan nöqtələrin sayı ilə təyin edilir-(dpi-dot per inch). Əgər ilk modellərdə bu xüsusiyyət 200-300 dpi olmuşdursa, müasir modellərdə bu rəqəm 400-800 dpi-dir. Adətən skanerlə işləyən zaman bu rəqəmi proqram yolu ilə aşağıdakı qiymətlərdə qoymaq olar: 75, 100, 150 ,200, 300, 400, 6000, 800 dpi.
Yarımfonlu skanerlər maksimum seyrəklik xüsusiyyətini yalnız 2 səviyyəlii rejimdə istifadə edirlər. Adətən belə skanerlər 4, 6 və 8 mərtəbəli kodlar üçün 16, 64, və ya 256 bozumtul rəng səviyyələrini təmin edirlər.
Proqram vasitəsilə həyata keçirilən interpolyasiya əməliyyatı nəticəsində müasir skanerlərin seyrəklik xüsiyyəti 800 və hətta 1600 dpi olur. İndi isə ağ-qara skanerin iş prinsipi ilə tanış olaq. Təsvir ya flurussent lampadan,ya közərmə lampasından alınan ağ işıqla işıqlandırılır. Əksolunmuş işıq kiçildici linza vastəsilə fotohəssas  yarımkeçirici  element üzerinə göndərilir. Bu elementə yüklü əlaqəli cihaz –YƏC (charge-coupled Devce, CCD) deyilir. Təsvir olunan hər bir sətir  bu cihazda müəyyən gərginliyə uyğun gəlir. Bu gərginliklər Analoq-Rəqəm çeviricisi (ARC), ya da komparator iki səviyyəli skaynerlər üçün vasitəli rəqəm formasına salınır. Komparator YƏC və dayaq gərginlikləri müqayisə edib çıxışda ya da 0 siqnalı qara rəng ya «1» ağ rəng hasil edilir. ARÇ-nin mərtəbələr sayı bozumtul rəngi təmin edən skaner üçün 6 olmalıdır.
Hazırda skaner vasitəsilə rəngli təsvirlərin kompüterə daxil edilməsi üçün bir sıra texnologiyalar mövcuddur. Məsələn, kompüterə daxil ediləcək təsvir daima ağ işıqla yox, fırlanan RGB (Red-Green-Black – qırmızı, göy, qara) işıq filtiri vasitəsilə işıqlandırılır. Hər bir əsas rəng üçün əməliyyatların ardıcıllığı yalnız təsvirin qabaqcadan emal mərhələsi və rənglərin qammakorreksiyası istisna olmaq şərtilə ağ-qara təsvir üçün olan əməliyyatlar ardıcıllığı ilə eynidir.
Təsvirin 3 gedişli emalından sonra 3 əsas rəngdə olan RGB-faylı əmələ gəlir. Əgər 8 mərtəbəli ARÇ-dən istifadə edilirsə (bunun vasitəsilə 28 = 256 rəng fonları təsvir edilir), o zaman hər bir təsvir edilən nöqtə üçün mümkün olan 16,7 mln-dan bir rəng ayrılacaq. Bu prinsiplə işləyən skanerləri «Microtek» firması istehsal edir. Bu üsulun əsas mənfi cəhəti təsvirin kompüterə daxilolma vaxtının 3 dəfə artıq olmasıdır. «Epson» və «Sharp» firmalarının istehsal etdiyi skanerlərdə bir işıq mənbəyinin əvəzində 3 işıq mənbəyindən istifadə edilir. Bu da vaxtın azalmasına səbəb olur. Digər  bir Yapon firması «Seika İnsturments» rəngli «flatbed»-skaner istehsal etmişdir ki, burda YƏC fotorezistrorla əvəz edilmişdir. 8,5 dyüm en ölçüsündə 10200 fotorezistorlar yerləşdirilmişdir. Bunlar hər sırada 3400 olmaqla 3 sırada yerləşdirilir. Rəngli üç filtr (RGB) elə yerləşdirilmişdir ki, hər bir sırada yerləşən fotorezistorlar yalnız bir rəng qəbul edir. Burada seyrəklik xüsusiyyəti 400 dpi-dir. Bu texnologiya ilə hazırlanan «Spectral point» skaneri ən sürətlə işləyən skanerdir.
Bir qayda olaraq, təsvir obrazları kompüterlərdə qrafiki fayl şəklində — TİFF (Tagged İmage File Format) və ya RSX formatlarında saxlanılır. Belə faylın tutumu çox böyük olur. Məsələn, yarımfon ağ-qara təsviri 8 x 10 dyüm ölçüsündə 256 bozumtul rəng səviyyələri ilə və 400 dpi seyrəklik xüsusiyyəti ilə daxil edilən təsvir üçün 12 Mbayt tutumlu fayl təşkil edilməlidir. Bu faylın tutumunu kiçiltmək üçün xüsusi proqram-arxivatorlardan istifadə edilir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Bir şərh

  1. Skaner haqqında ətraflı informasiyaya görə təşəkkür edirəm.

Добавить комментарий