Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim xoş gördük sizləri. Bugünkü, video dərsimizin mövzusu Skaner haqqında məlumat olacaq. Məlumdur ki, indiki informasiya dövründə skanerlərin yeri əvəzsizdir. Sənədinizə şəkil əlavə etmək, onun üzərində düzəliş aparmaq, sevimli fotonuzun surətini çıxarmaq, eləcədə sənəd və kitabların səhifələrini elektron formada yaddaşa vermək üçün skanerlərdən istifadə olunur. Bu video dərsliyimizdə skanerin iş prinsipi və onların növləri sadalanır.
Skaner haqqında məlumat
Skanner – Kompüterin xarici qurğularındandır. O, şəkli rəqəmli formaya salmaq üçündür. Yəni hər hansı bir kağızı skanerin üzərinə qoyub onun analoqunu kompüterə köçürmək üçün istifadə olunur.
İş prinsipi aşağıdakı kimidir: Güzgü üzərinə qoyulan obyekt tərpənən işıq vasitəsilə «seyr» edilir. Yəni lampa bütün obyekt boyu keçir. Sonra güzgü vasitəsi ilə hissedici matriksə (CCD element) ötürülür. Daha sonra, kompüterə zolaqlar şəklində birləşdirilir. Bununla da skanerin işi bitir. Zolaqları birləşdirib bütöv şəkil formasına salmaq isə, proqram təminatının ixtiyarına verilir.
Skanerlərin skan etmə üsuluna görə bir neçə növləri vardır:
Planşet şəkilli – istifadəçi üçün çox rahatdır. Şəffaf şüşənin üzərinə lazım olan obyekt qoyulur və skaner öz işini görür.
Əl skaneri – Bu növ skanerlərdə lampa hərəkət etmir. Skanerin özünü obyektin üzərində biz özümüz hərəkət etdirməliyik. Bu skanerin müsbət cəhəti ondan ibarətdir ki, ölçüsü kiçik olur və daha ucuz olur. Lakin mənfi cəhətləri də vardır. Təsvir dəqiq alınmır. Çünki əllə bərabərsürətli hərəkət etdirmək mümkün deyil. Bəzən əyri hərəkət etdirə bilərik. Bu amillərinə görə, bu tip skanerlər səliqəli təsvir vermir.
Səhifələyən skanerlərə kağızı çoxlu miqdarda qoymaq olar. O özü səhifələyib hər səhifəni skanerlə skan edəcək. Kitabları bu cür skanerlərlə rəqəmli formaya salırlar. Lakin xarici kitabxanalarda qədimi və qiymətli kitabları bu cür skanerin ixtiyarına vermirlər. Çünki nazik və köhnə kağızlar zədələnə bilər. Bunlardan başqa, skanerlərin digər növləri də vardır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır
Çox sağ olun ki,belə bir mövzu yaratmısınız.