Ana səhifə / Elektron dərsliklər / Təhlükəsiz rejimi haqqında məlumat

Təhlükəsiz rejimi haqqında məlumat

Paylaşmaq!

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Bugünki məqaləmdə Təhlükəsiz rejimi haqqında məlumat veriləcəkdir.

Təhlükəsiz rejimi haqqında məlumatTəhlükəsiz rejimi haqqında məlumat

Əgər «Ölümün göy ekranı» meydana çıxırsa, onda kompüteri yükləmək müvəffəq olmur. Bu zaman kompüter özbaşına yüklənir və ya yükləmə vaxtı kompüter dayanır. Bunun üçün nə etmək lazımdır? İlk növbədə «Son uğurlu konfiqurasiya» rejimində yüklənməyə cəhd etmək olar. Əgər bundan sonra problem həll olmadısa, onda təhlükəsiz rejimdə  kompüterin yükləməsi növbəti addım olacaq. Windows-un təhlükəsiz rejimdə yüklənməsi vaxtı kompüterin işi üçün gərəkli olan qurğuların drayverləri və xidmətlər yüklənir.

Təhlükəsiz rejim nədir?

Əgər nasazlıq hər hansı qurğunun drayveriylə bağlıdırsa, onda təhlükəsiz rejim, ehtimal ki, kompüteri yükləməyi və yenidən qurmağı və ya səhvi doğurmuş drayveri silməyi  bacaracaq. Təhlükəsiz rejimdə  videokartın standart drayveri yüklənəcək, buna görə təəccüblənməyin ki, ekranın çözümlülüyü aşağı olacaq (640×480). Bu təhlükəsiz rejim üçün  normaldır.Təhlükəsiz rejimi haqqında məlumatHəmçinin təhlükəsiz rejimin yükləməsi bir qədər çox vaxt ala bilər, nəyin ki, Windows-un standart yükləməsi. Buna görə səbirlli olmaq lazımdır. Təhlükəsiz rejimdə kompüteri yükləmək üçün növbəti əməliyyatı  yerinə yetirmək lazımdır — kompüter işə qoşuruq F8-in funksional klavişini basırıq. Menyu meydana çıxır. Buradan ya «Təhlükəsiz rejim» bəndini və ya «şəbəkə drayverlərinin yükləməsiylə Təhlükəsiz rejimi» seçirik. İkinci bənd daha üstün, çünki sizdə müvəffəqiyyətli yükləmə halında şəbəkəyə giriş olacaq, deməli internetə daxil ola biləcəksiniz. Əgər biz verilmiş sətrlərdən hər hansı birini seçib Enter düyməsini sıxsaq, onda əməliyyat sistemimiz təhlükəsiz rejimdə yüklənməyə başlayacaq. Yükləmə müfəvvəqiyyətlə alınsa deməli bu yaxşı nəticədir. Bundan sonra konfliktə səbəb olan drayver və proqram təminatını silməklə kompüterin işləmə qabiliyətini bərpa etmək olar. Bu əməliyyatı o, vaxt yerinə yetirmək düzgündür ki, yeni yüklənən proqram və drayverin səhvə səbəb olduğunu dəqiq biləsən. Bütün bunlar baş verən nasazlığı aradan qaldırmağa kömək etmirsə, onda problemin həlli üçün aşağıdakı sadalanan bir sıra əməliyyatları yerinə yetirmək lazımdır. İlk növbədə sərt diski səhvlərə görə test etmək lazımdır. Bundan sonra sistem fayllarını yoxlamaq lazımdır ki, kompüterə quraşdırılmış yeni proqram təminatının və ya kompüterin düzgün söndürülməməsi zamanı zədələnməni müəyyən edək. Həmçinin sistem fayllarının zədələnməsi virusa görə ola bilər. Bunun üçün növbəti kiçik bir addımımız kompüterin antivirus proqramıyla yoxlanılması olacaq. Əgər bütün yuxarıda göstərilən üsullar kömək etməyəcəksə, onda Windows hadisələrinin jurnalının analiziylə məşğul olmaq lazım olacaq. Çünki bütün  əməliyyatlar sistemin xüsusi jurnalına yazılır və bunun köməyi ilə nasazlığın səbəbini tapmaq mümkündür.

Davamı gələn sayımızda…

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

İnternetdən köçürülmüş lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Lazımsız faylların Ccleaner proqramı ilə silinməsi

Məlumdur ki, biz internetdə gəzişərkən bizim istifadə etdiyimiz səyyah ( brouzer) internet səhifələrində olan bir sıra şəkilləri, keçidləri və sair bu kimi vasitələri, həmçinin səhifələrdə istifadə etdiyimiz login və parolları özündə saxlayır. Bütün bunlar sonradan kompüter üçün nəzərə çarpacaq  elə bir yükə çevrilir ki, ondan yaxa qurtarmaq üçün Ccleaner proqramı köməyimizə çatır. Bu lazımsız faylların kompüterdə qalması sərt diskin həcminin günü-gündən azalmasına gətirib çıxardır.

Добавить комментарий