Ana səhifə / Elektron dərsliklər / Viruslardan necə qorunaq?

Viruslardan necə qorunaq?

Paylaşmaq!

Əziz oxucularım,gadirov.com saytının daimi ziyarətçiləri.Sizləri növbəti dərsimdə salamlayıram. Bu günki dərsimiz yeni başlayan və bu sahədə az-çox təcrübəsi olan istifadəçilərimiz üçün hesab edirəm faydalı olacaq.

Viruslardan necə qorunaq?

Yəqin ki,nə vaxtsa lap elə bu gün internetdən tapdığınız və ya sizə dostlarınız tərəfindən təklif olunan hər hansı bir proqramı kompüterə quraşdırmalı olursunuz. Təbii sual oluna bilir ki,bu proqram nə dərəcədə kompüterinizə zərər vura bilər.Əlbəttə tam əminliklə olmasada deyəcəksiniz ki,mənim kompüterimdə ən məşhur anviruslardan biri quraşdırılıb. Odur ki,heç bir qorxusu yoxdur.Kompüterimə virus düşməyəcək. Amma bu heç də belə deyil. 100% kompüteri qoruyan antivirus proqramı inanmıram ki.olsun. Bunu təkcə mən yox “kompüter virusu” termininin müəllifi sayılan Fred Koen 1987-ci ildə sübut edib ki, kompüter viruslarını  aşkarlayıb qeydə alan 100 %-lik alqoritm yaratmaq mümkün deyil.

İndi öyrənəcəyimiz mövzuda məhz kompüterə quraşdırılan proqram təminatının quraşdırılmamışdan qabaq dünyanın bir sıra antivirus şirkətlərinin istehsal etdiyi proqram təminatı ilə yoxlanmasıdır. Əlbəttə burada da sual meydana çıxır ki,axı mən öz kompüterimdə yalnız bir antivirus proqramı quraşdırmışam.Digərlərini quraşdırmaqla mən sadəcə öz kompüterimi zədələyə bilərəm.

Bəs onda necə edək ki,yükləmək istədiyimiz proqramın özünü və onun linkini antivirusla yoxlayaq?

Bu suallar bir müəllim kimi məni də narahat etdiyindən bu barədə geniş axtarışa başladım.Və apardığım araşdırmaların sonunda maraqlı bir sayt tapdım ki,o nəinki öz kompüterimdə olan faylları hətta digər saytlardan köçürmək istədiyim proqramların yükləmə linklərini dünyanın 30-dan çox antivirus proqramlarının köməyi ilə yoxlama imkan verir.

Gəlin birbaşa saytın izahına keçid alaq.

http://www.virustotal.com/index.html

Viruslardan necə qorunaq?

Yuxarıdakı şəkilə diqqət edin.Gördüyünüz kimi virusunu yoxlamaq istədiyiniz faylımızın maksimum həcmi 64 Mb olmalıdır.Bunun üçün “Выберите файл” düyməsini sıxmalı və aşağıda açılan pəncərədə

Viruslardan necə qorunaq?

Faylın ünvanını seçib “Открыть”düyməsini sıxmalıyıq.

Viruslardan necə qorunaq?

Yuxarıdakı şəkildə artıq faylımızın yüklənməsi prosesi baş verəcək və bundan sonra antivirusla yoxlanış prosesi başlayacaq.Təsəvvür edin dünyanın 34-dən yuxarı antivirus proqramları sizin faylınızı yoxlayacaq.Bu antivirusların adlarını belədir:

Agnitum,AhnLabV3,AntiVir,AntiyAVL,Avast,AVG,BaiduInternational,BitDefender,Bkav,ByteHero,CAT-QuickHeal,ClamAV,Commtouch,Comodo,DrWeb,Emsisoft,ESET-NOD32,F-Prot,F-Secure,Fortinet,GDataIkarus,Jiangmin,K7AntiVirus,K7GW,Kaspersky,Kingsoft,Malwarebytes,McAfee,McAfee-GW-Edition,Microsoft,MicroWorld-eScan,NANO-Antivirus,Norman və s.

Bundan başqa yükləmək istədiyim faylın URL ünvanını daxil etməklə həmin linkin zərərli olub olmadığını yoxlaya bilərik.

Viruslardan necə qorunaq?

Məsələn deyək ki,biz Mail.ru agent proqramını kompüterimizə yükləmək istəyirik.Bunun üçün onun rəsmi saytından proqramın yükləmə linkinin surətini çıxarıb

Viruslardan necə qorunaq?

“Сканирование URL” bölümünə keçid alaraq ünvanı mövcud sahəyə daxil edib  “Сканирование” düyməsini sıxırıq.

Viruslardan necə qorunaq?

Beləliklə yerlerləşdirdiyimiz Url ünvan mövcud saytın köməyi ilə yoxlanılacaq.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий