Ana səhifə / Elektron dərsliklər / Noutbuk üçün drayveri necə tapaq? Usta məsləhəti

Noutbuk üçün drayveri necə tapaq? Usta məsləhəti

Paylaşmaq!

Noutbuk üçün drayveri necə tapaq?

Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Düşünürəm ki, noutbuk istifadəçilərinin böyük əksəriyyəti yəqin ki bu problemlə üzləşiblər-noutbuk üçün drayveri necə axtarmalı?

Günlərin birində sizin istifadə etdiyiniz ən bahalı noutbukun proqram təminatı bu və ya digər səbəbdən sıradan çıxa bilər. Burada söhbət bir nömrəli proqram olan əməliyyat sistemindən gedir. Əməliyyat sistemilə bağlı problem müxtəlif faktorlardan aslıdır.

Noutbuk üçün drayveri necə tapaq? Usta məsləhətiNoutbuk üçün drayveri necə tapaq?

·        İstifadəçi kompüteri nə dərəcədə yaxşı bilir?…

·        Kompüterdən tez-tez istifadə edirmi?!…

·        Özü təkmi istifadə edir?!…

·        Və sair.

Belə bir məsəl var «Windows-un 80% səhvi monitorun ekranından metrə yarım aralıda baş verir…» Bu fikirlə tamamilə razıyam.

10 ildən yuxarı profiseonal olaraq kompüterin təmiri ilə məşğul olan öz şəhərində minlərlə istifadəçinin komputerinə və noutbukuna texniki qulluq göstərən, telefonunun ünvan kitabında 4000-nən yuxarı müştərinin telefon nömrəsi olan bir ustanın səmimi dediklərinə əsasən belə qənaətə gəlmək olur ki, kompüterdə problem yaranırsa bunun ilk səbəbi istifadəçinin şəxsi biliyinin zəif olması ilə bağlıdır. Müəyyən hissəsi isə texniki və proqram nöqsanı ilə.

Odur ki bizim saytımızın əsas məqsədi bu sahədə olan boşluqları doldurmaq və sizin biliyinizi artırmaqdır. Beləliklə yeni dərsə xoş gəlmisiniz!

Əgər Windows əməliyyat sisteminiz istədiyimiz kimi işləmirsə, internetə daxil olmaq və işləmək mümkün deyilsə, oyun işlədərkən kompüteriniz donur yaxudnotebook ucun drayveri nece tapaq tutulursa onda sistemi yenidən bərpa etmək vacibdir. Lakin burada kiçik bir nüans var. Əgər problem virusla bağlıdırsa xüsusən SalityConficker kimi viruslar sistemə düşübsə, onda sistemi yeniləməyə dəyər. Nəzərə alsaq ki, bu viruslar əməliyyat sisteminin .EXE tipli fayllarını zədəliyir. EXE tipli fayllar isə istənilən proqramı işə salmaq üçün vacibdir. Belə olan halda sizə gərəkli olan informasiyanı lazımi yaddaş mənbələrinin birində saxlamaqla sistemi yenidən kompüterə yazmaq olar.

Baxmayaraq ki siz lisenziyalı antivirus islədirsiniz və buna görə öz budcənizdən 20-30 manat pul xərcləmisiniz. Lakin bu o demək deyildir ki, sizin kompüterinizə virus duşməyəcək. Hətta dünyanın ən bahalı və etibarlı antivirusunu işlətsəniz belə yenədə kompüterə virus düşmə ehtimalı olacaq. Çünki burada əsas rolu insan faktoru oynayır. Beləliklə buradan belə bir  nəticə çıxarmaq olar ki, cinayətin qarşısı alınmadığı kimi kompüter viruslarınında qarşısı tam alına bilməz.

Əgər sizin kompüter ustanız əməliyyat sistemini yükləyərkən onun ehtiyat üzünü çıxarmayıbsa, onda sistem zədələnərkən onu yenidən yazmaq məcburiyyətində qalacaqsınız. Bu zaman gərəkli olan proqram və drayverləri yenidən yükləməli olacaqsınız. Bax o halda siz aşağıdakı problemlərlə üzləşəcəksiniz.

1.     Oyunu kompüterə yükləyirəm, amma oyun açılmır.

2.     İnternetə daxil olmaq istəyirəm alınmır.

3.     Fotoaparatımın yaddaş kartını tanımır və s bu kimi onlarla problem.

Belə olan halda siz ustaya müraciət etməli olacaqsınız. Əgər bu ustanın heç olmasa təcrübəsi varsa, onda bu problemin sadə olduğunu sizə bildirəcək. Əgər bu ustanın vicdanı yoxdursa, onda sizdən gəlir əldə etmək üçün kompüterinizin videoadapterinin, sərt diskinin və hələ daha nələrin dəyişiləsi olduğunu deyəcək. Sizin bu sahədə təcrübəsiz olduğunu biləndə isə bu onun üçün əməlli başlı gəlir mənbəyi olacaq.

Hesab edirəm ki, yuxarıda sadaladığım fikirlər sizin üçün faydalı olacaq. İndi isə keçək mövzumuzun praktik hissəsinə.

Noutbuk üçün drayveri necə tapaq?

Gəlin nümunə olaraq videoadapterlə bağlı problemə baxaq. Deyək ki, əməliyyat sistemimizi kompüterə yeni quraşdırmışıq. Lakin oyunu işə salarkən oyun açılmır. Bu halda  «Диспетчер Устройств» adlanan ünvanı kompüterimizdə tapmalıyıq. Bunun üçün aşağıdakıları yerinə yetirək.

1.   Əvvəlcə Компьютер piktoqramı üzərində siçanın sağ düyməsini sıxaq.

2.   Sonra isə açılan konteks menyudan «свойства» sətrini seçək.

3. Açılan Панель управления\Система и безопасность\Система səhifəsində «Диспетчер Устройств» sətrini seçək.(Şəkil1)Noutbuk üçün drayveri necə tapaq?

4.  Açılmış qurğular dispeçeri adlanan pəncərədə hansı avadanlığın qarşısında sual, nida və buna bənzər yazı görürsünüzsə deməli həmin avadanlığın proqram təminatını əməliyyat sisteminiz quraşdırmayıb. Çox vaxt Windows 7 əməliyyat sistemi videoadapterin drayverini özü quraşdırsa da oyunlar və bəzi qrafik və video proqramları  yenə açılmır. Əgər videoadapter yazılan sətrdə «стандартный видеоадаптер» yazısını görürsünüzsə bu o deməkdir ki, Windows 7 əməliyyat sistemi sizin kompüterin videoadapterini tapmayıb.

5.   Belə olan halda «стандартный видеоадаптер» yazısı üzərində siçanın sol düyməsini iki dəfə tez-tez sıxırıq və açılan pəncərədə  «Сведения» səhifəsini seçirik (Şəkil2).Noutbuk üçün drayveri necə tapaq?Sonra isə «свойствах» -ИД оборудования sahəsini qeyd edib tapılan siyahıdan birinci sətri seçirik və kopiyasını çıxardırıq. (Ctrl+C)

6.  İş masasında yeni bir sənəd faylı yaradıb və yazını bura yerləşdiririk. (Ctrl+V)

7. İnternetə daxil olmaq üçün işlətdiyimiz səyyahlardan birinə daxil olub ünvan sətrinə devid.info yazırıq. (Şəkil 3)Noutbuk üçün drayveri necə tapaq?

8.  Açılan internet saytında drayverlərin axtarışı üçün nəzərdə tutulan hissəsinə yəni «Введите код драйвера» sahəsinə surətini çıxardığımız yazını bura yerləşdiririk. Sonra isə Axtar («Искать») düyməsini sıxırıq. Beləliklə açılan növbəti səhifədə tapılan videoadapterin müxtəlif əməliyyat sistemləri üçün nəticəsi veriləcək. Və drayver yazısının sağ tərəfindəki disket şəklini vurmaqla növbəti addıma keçid alacaqsınız (Şəkil 4).Noutbuk üçün drayveri necə tapaq?

9. Növbəti pəncərədə drayveri zip və ya rar genişlənməsinə malik olan fayllardan birini seçməklə yükləməyi sizə təklif edəcək. (Şəkil 5).Noutbuk üçün drayveri necə tapaq?

10. Daha sonra yükləmək üçün nəzərdə tutulmuş linki vurmaqla drayverinizi kompüterə endirə biləcəksiniz. Əgər siz Opera brauzeri ilə işləyirsinizsə, onda yüklənmə başlamamışdan qabaq drayverin köçəcəyi yeri təyin etməli olacaqsınız. Məsələn iş masasını və ya Mənim sənədlərim qovluğunu («Мои документы», либо «Рабочий стол») (Şəkil 6).Noutbuk üçün drayveri necə tapaq?

11. Fayl kompüterinizə yükləndikdən sonra onu arxivdən çıxarıb .exe faylını işə salmaqla proqramı  kompüterinizə yükləmiş olursunuz. Yüklənmə bitdikdən sonra kompüterinizi söndürün. Sonra onu yenidən işə salın. Beləliklə bir daha qurğular dispeçeri sahəsinə daxil olub görürük ki, sual və ya nida işarəsindən heç bir iz yoxdur. Təbii ki, buna sevinməyə dəyər.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Biznesdə informasiya texnologiyalarından istifadənin tədqiqi

Əgər altmışıncı illərə qədər kompüterlərdən yalnız alimlər, bəzən isə hərbçilər istifadə edirdilərsə, texnologiyanın inkişafından sonra …

Добавить комментарий