Əziz oxucularım, gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bu günki dərsimizin mövzusu Windows Reyestrinin qurğuları olacaq. Bildiyimiz kimi Windows reyestri beş bölmədən ibarət ağacşəkilli struktura malikdir. Bu dərs vasitəsilə bölmələrin hər birində hansı məlumatların saxlandığını öyrənəcəyik.
Əgər biz reyestrdəki hər hansı bir bölməni açsaq, onda görərik ki, burada çoxlu miqdarda budaqlar vardır. Hər bir budaq ayrılıqda qovluqlardan təşkil olunub. Təbii ki, qarşıma qoyduğum məqsəd heç də bu bölmələrdəki strukturun hamısının izahı deyil. Açığı desək bu bölməlrin daxilindəki qovluqların tərkibi ilə heç mən özümdə ətraflı məlumata malik deyiləm. Amma bu dərsimdə biz reyestri təşkil edən hər bir bölmə ilə ümumilikdə tanış olmağa çalışacağıq. Onun tərkibindəki bir sıra çətin struktur isə hesab edirəm yeni başlayan istifadəçi üçün bir o qədər gərəkli deyil.
Windows Reyestrinin qurğuları
Beləliklə, reyestrin ilk qolu (bölməsi) HKEY_CLASSES_ROOT adlanır.
Bu bölmədə faylların tipləri haqqında ətraflı məlumat toplanılıb. Həmçinin hansı proqramın hansı faylın tipini işlətdiyi belə söylənilir. Məsələn: *.doc və ya *.docx tipinə məxsus olan faylı Microsoft Word-ün,*.txt tipinə məxsus olan faylın isə Bloknot proqramına məxsus olduğu bildirilir. Bundan başqa bu bölmədə əməliyyat sistemində qeydiyyatda olan Active X obyektləri haqqında məlumat vardır.
Reyestrin bu bölməsindəki məlumatları çox nadir hallarda əl ilə redaktə etmək ehtiyacı yaranır. Çünki bu işi görən proqram artıq əməliyyat sisteminin standart paketinə daxildir.
Reyestrin ikinci qolu (bölməsi) HKEY_CURRENT_USER adlanır.Reyestrin bu bölməsində kompüter arxasında işləyən cari istifadəçi tənzimləmələri haqqında məlumatlar yerləşdirilib. İsitifadəçi tənzimləmələrinə əməliyyat sisteminin fayl və qovluqları,başla menyusu və onun elementləri, həmçinin tapşırıqlar paneli və kompüterə yüklənmiş proqramlar barədə məlumatlar daxildir. Reyestrin bu bölməsi daha çox dəyişikliyə məruz qalan hissəsidir. Çünki istifadəçi barədə əsas tənzimləmələri buradan rahat dəyişmək olar.
Baxmayaraq ki, bu bölmə reyestrin ayrıca bölməsi kimi göstərilib. Amma əslində bu bölmə HKEY_USERS bölməsinin tərkib hissəsidir. HKEY_USERS bölməsi haqqında bir qədər sonra danışacağıq.
Reyestrin üçüncü qolu (bölməsi) HKEY_LOCAL_MACHINE adlanır.Bu bölmədə kompüterin konfiqurasiyası və müəyyən proqramları barədə məlumatlar var, özü də bu bölmənin reyestrinin məlumatları kompüter istifadəçilərinin hamısına yayılır.
HKEY_LOCAL_MACHINE bölməsi əl ilə rədaktə olunmasına görə ikinci sayıla bilər. Amma burada diqqətli olmaq lazımdır. Yuxarıda qeyd olunduğu kimi burada aparılan hər hansı bir dəyişiklik kompüterin bütün istifadəçilərinə aiddir.
Reyestrin dördüncü qolu (bölməsi) HKEY_USERS adlanır.
Reyestrin bu bölməsində kompüterin bütün istifadəçilərinin profilləri barədə məlumatlar vardır. Həmçinin burada sistemə daxil olmaq üçün qəsdən susaraq qəbul olunmuş vəziyyətə görə istifadəçi Windows-nun xarici görünüşü ilə baglı tənzimləmələr saxlanılır. Reyestrin bu bölməsi nadir hallarda dəyişikliyə məruz qalır.
Reyestrin beşinci qolu (bölməsi) HKEY_CURRENT_CONFIG adlanır.
Reyestrin bu bölməsi demək olar ki, redaktə olunmur. Məsələ burasındadır ki, bu bölmə HKEY_LOCAL_MACHINE bölməsinin alt bölməsi kimi nəzərdə tutulub. Əgər biz HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Hardware Profiles\Current ünvanına daxil olsaq, onda HKEY_CURRENT_CONFIG bölməsindəki informasiyalarla eynilik daşıdığının şahidi olarıq. Bu bölməyə sistemin buraxılışı zamanı gərəkli olan avadanlıqların özü və onların tənzimləmələri barədə məlumatlar saxlanılır.
Beləliklə, biz sizinlə beş əsas bölməni nəzərdən keçirdik.
Hər bir bölmə ayrılıqda xeyli sayda alt bölmələrdən təşkil olunub. Onların sayı və adları kompüterdən asılı olaraq dəyişilə bilər. Təbii ki, əsas bölmələrin adları bütün kompüterlərdə eyni olacaq. Amma kompüterlərə quraşdırılan proqram təminatı və avadanlıqdan asılı olaraq altbölmələrdəki məlumatlar dəyişilə bilər.
Və yekun olaraq onu bildirmək istərdim ki, reyestrin cəmi iki bölməsində əl üsulu ilə redaktə aparmaq olar. Bunlar HKEY_CURRENT_USER və HKEY_LOCAL_MACHINE adlanır. Mən bəzi belə dəyişikliklər haqda növbəti dərslərdə mütləq danışacağam.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır