Ana səhifə / Hesablama Əməliyyatları / Histoqramların və nöqtəli diaqramların təhlili

Histoqramların və nöqtəli diaqramların təhlili

Paylaşmaq!

Diaqramların,histoqramların və nöqtəli diaqramların təhlili bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Hesablama Əməliyyatları moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Hesablama Əməliyyatları modulu ilə bağlı mövzular Hesablama Əməliyyatları kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Histoqramların və nöqtəli diaqramların təhlili

Histoqramların və nöqtəli diaqramların təhlili

Müəyyən meyarlar əsasında həm praktikada, həm də istehsalatın müxtəlif tətbiqlərinin yerinə yetirilməsi zamanı toplanılan informasiyanın istifadəçilərə daha aydın olmasını təmin etmək üçün diaqramlardan istifadə edilir. Diaqram – cədvəllərlə verilmiş informasıyanın qrafik təsviri olub üç tipə bölünürlər:

Histoqramların və nöqtəli diaqramların təhlili

Aydın məsələdir ki, xətti diaqramda bütün informasiya müəyyən ölçü vahidi ilə verildiyi halda sütunlu və dairəvi diaqramlarda informasiya iki formada, ya müəyyən ölçü vahidi ilə, ya da faiz nisbəti ilə göstərilə bilər.

Əgər toplanılan məlumatlar dəqiq qiymətlərlə əks olunmazsa (məsələn, tədbirdə iştirak edən insanların sayı ortalama 15-18 nəfər ola bilər), o zaman, histoqramlardan istifadə edilir. Burada əsas məqsəd qeyri-dəqiq informasiyalar toplusunun istifadəçilərə aydın və səmərəli formatda təqdim olunmasıdır. Histoqramların digər üstünlüyü ondan ibarətdir ki, eyni sahəyə görə artan sıra ilə olan məlumatlar üst-üstə çəkilərək göstərilə bilir (şəkil 3.4).

Histoqramların və nöqtəli diaqramların təhlili

 

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat

Əmrlərin hazırlanması və tətbiq edilməsi barədə məlumat elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz …