Sağlamlığımıza zərərli olan hərəkətlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Kompüterin insan sağlamlığına təsiri
Kompüter asılılığından necə xilas olmalı?
Bilirik ki , hər bir müasir insan gündəlik həyatında kompüterdən , telefondan və bir sıra elektron qurğulardan istifadə edir. Amma bəzən bu istifadə limitsiz olur və insanlar hiss etmədən bu sehrli qurğudan asılı vəziyyətə düşürlər.
Hazırda ən böyük problemlərdən biri də insanları «kompüter asılılığı»ndan qurtarmaqdır. Artıq dünyada «kompüter asılılığı» məsələsinə çox ciddi problem kimi yanaşırlar.
Məsələn, Britaniyada insanları bu asılılıqdan xilas etmək üçün xüsusi klinika yaradılmış, Londondakı «Capio Nightingale» xəstəxanasının nəzdində gənclərə kompüterdən uzaqlaşmaqda kömək edən şöbə açılmışdır. Həkimlər kompüter xəstələrinə asudə vaxtlarının yalnız bir hissəsini kompüterə sərf etməyi, qalan vaxtlarda isə cəmiyyətlə ünsiyyətdə olmağı tövsiyə edirlər. Orada həm də xəstələrin fiziki sağlamlığının qeydinə qalırlar.
Kompüterin qarşısında çox vaxt keçirən yeniyetmələrin fiziki görkəmlərinin yaxşı olmayacağını başa salır, onlara düzgün qidalanmanın vacibliyi haqqında təlim keçirlər. İnsanın yaratdığı hər bir şey onun rahatlığı üçündür. Bu rahatlığın sizin sağlamlığınızda narahatlıqlar yaratmasına qəti şəkildə yol verməyin. Axı Allahın mükəmməl yaratdığı vücudun qeydinə qalmaq insanın öz əlindədir. Bir şeyi unutmamalıyıq ki , kompüterdən , telefondan fasiləsiz və düzgün istifadə etməmək hər kəs üçün bir sıra ciddi fəsadlara gətirib çıxara bilər. Kompüterdən limitsiz istifadə etdikləri zaman insanlar müəyyən bir zamandan sonra bel, boyun, baş ağrısı, əldə gizildəmə, gözlərdə yaşarma, qızarma kimi problemlərlə üzləşirlər.
Beləliklə biz Kompüterin insan sağlamlığına təsiri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır