Ana səhifə / Windows 7 / Windows 7-də tarix və vaxtı tənzimləmək

Windows 7-də tarix və vaxtı tənzimləmək

Paylaşmaq!

Əziz oxucularım gadirov.com saytının daimi ziyarətçiləri. Xoş gördük sizləri. Bugünkü, video dərsimizin mövzusu Windows 7-də tarix və vaxtı tənzimləmək olacaq. Məlumdur ki, bütün əməliyyat sistemlərində tarix və vaxt proqramı önəmli proqramlar sırasındadır. Windows 7 əməliyyat sistemində də bu cür proqramdan istifadə olunur.

Windows 7-də tarix və vaxtı tənzimləmək

Windows 7-də tarix və vaxtı tənzimləmək

Bu proqramı ekrana çağırmaq üçün siçanın göstəricisini Пуск-Başla menyusuna yaxınlaşdıraq və üzərində bir dəfə klik edək. Beləliklə açılan baş menyunun ikinci sütunundan İdarəetmə paneli- Панель управления adlanan sətri seçək. Qarşımıza İdarəetmə panelinin pəncərəsi çıxacaq. Həmin pəncərədə Дата и время adlanan proqram mövcuddur. Həmin proqrama müraciət edək. Açılan Дата и время proqramının pəncərəsi üç səhifədən ibarətdir. Дата и время adlanan səhifənin köməyi ilə tarix və vaxtı tənzimləmək saatların geri və irəli çəkilməsini tənzim etmək və yaxud adi kalendar kimi istifadə etmək olar. Bu barədə video dərsliyimizdə ətraflı söhbət açılır. Дополнительные часы səhifəsi vasitəsilə müxtəlif saat qurşaqlarında yerləşən ölkələrin saatlarını da əməliyyat sisteminə əlavə olaraq yerləşdirmək olar. Время по Интернету səhifəsi cari anda kompüterdəki vaxtın internet vaxtı ilə sinxronlaşdırılmasını təmin edir. Bütün dəyişikliklərin sonunda Ok düyməsi sıxmağı unutmayın.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Proqramların simgələri açılmır.Üsul 2

Proqramların simgələri açılmır.Üsul 2

Bugünkü, video dərsimizin mövzusu Proqramların simgələri açılmır.Üsul 2 olacaq. Əvvəlki video dərsimizdə biz susmaya görə proqramın parametrlərinin dəyişdirilməsi üsullarını öyrəndik.

Bir şərh

  1. Mövzunuza qulaq asdım.Çox xoşuma gəldi.Əlləriniz var olsun.

Добавить комментарий