Ana səhifə / KQİES / BIOS-un yenilənməsi haqqında

BIOS-un yenilənməsi haqqında

Paylaşmaq!

Bugünkü, elektron dərsimizin əsas mövzusu BIOS-un yenilənməsi haqqında olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

BIOS-un yenilənməsi haqqında

BIOS-un yenilənməsi haqqında

Biosun yenilənməsi nə üçün vacibdir?

BIOS-un yenilənməsi sistemin məhsuldarlığını artıra bilər. Kompüterinizi daha səmərəli edə və imkanlarını genişləndirə bilər.BIOS-un yenilənməsi haqqındaFərqli əməliyyat sistemlərinin istənilən fərdi kompüter ilə uyğun işləyə bilməsi BIOS sayəsindədir. BIOS kompüterin aparat təminatını idarə etdiyi üçün onların xüsusiyyətlərini nəzərə almalıdır.

Kompüter istehsalçıları BIOS-u necə əldə edirlər?

Bir çox kompüter istehsalçısı öz BIOS-larını yaratmaq əvəzinə onları American Megatrends, Inc (AMI), Award Software (Phoenix), Microid Research və Phoenix Technologies Ltd.  kimi şirkətlərdən alır.

American Megatrends, Inc (AMI)BIOS-un yenilənməsi haqqında

Award Software (Phoenix)BIOS-un yenilənməsi haqqında

Phoenix Technologies LtdBIOS-un yenilənməsi haqqında

BIOS-a patent vermək istəyən bir anakart istehsalçısı kodunu aparata uyğunlaşdırmaq üçün BIOS istehsalçısı ilə uzun müddət işləməlidir.

BIOS harada yerləşir?

Ümumiyyətlə BIOS anakartdakı ROM çiplərində daimi olaraq saxlanılır. BIOS müəyyən bir anakart modelinə xasdır.	 BIOS-un yenilənməsi haqqındaBaşqa sözlə desək biosun yeniləməsi üçün anakart istehsalçısından yeni bir BIOS versiyası alınmalıdır.

Bios-un yeni versiyasını haradan yükləməliyik?

Ən çox yenilənmiş BIOS versiyaları anakart istehsalçısının veb saytından yüklənə bilər. BIOS istehsalçıları yeniləmələr təklif etmirlər, çünki hər bir anakart modeli dəyişdirilmiş BIOS versiyalarından istifadə edir. Buna görə də Phoenix, AMI və ya  Award kimi biosun rəsmi istehsalçılarının saytından BİOS-un yeni versiyasını axtarmaq lazım deyil. Buna görə bir yeniləmə üçün anakart istehsalçısı ilə əlaqə saxlamaq lazımdır.

BIOS versiyasını necə müəyyənləşdirmək olar?

BIOS-u dəyişdirmək və ya yeniləmək üçün aşağıdakı məlumatlar tələb olunur:
  • Anakart (sistem lövhəsi) modeli;
  • Cari BIOS versiyası;
  • Prosessor növü (məsələn, Pentium MMX, AMD K6, Cyrix / IBM 6x86MX, MII, Pentium II, Pentium III / 4, AMD Athlon, Athlon XP, və s.).

Cari BIOS versiyasını necə müəyyənləşdirmək olar?

Sistemi işə saldıqda ekranda görünən mesajlarla BIOS-u müəyyənləşdirə bilərsiniz. Doğrudur, cari BIOS versiyası ekranda yalnız bir neçə saniyə göstərilir. Cari BIOS versiyasını tez-tez CMOS parametrləri arasında da tapıla bilər.BIOS-un yenilənməsi haqqında

Bir çox müasir kompüter sistemləri açılışında tanış POST cədvəlini göstərmir. Bunun əvəzinə ekranda anakart və ya kompüter istehsalçısının loqosu görünür. Bu vəziyyətdə BIOS Setup proqramını yükləmək üçün hər hansı bir düyməni vurmalıyıq.

Beləliklə biz BIOS-un yenilənməsi haqqında mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Çip drayverinin tapılması və yüklənməsi

Çip drayverinin tapılması və yüklənməsi

Çipsetlər, sistem lövhəsinə daxili bağlı cihazlar arasında düzgün məlumat mübadiləsi üçün tələb olunur.