Ana səhifə / Tətbiqi Proqramlar / Word 2016 proqramında sənədlərlə iş

Word 2016 proqramında sənədlərlə iş

Paylaşmaq!

Word 2016 proqramında sənədlərlə iş bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Word 2016 proqramında sənədlərlə iş

Word 2016 proqramında yeni sənədin yaradılma ardıcıllığını necədir?

Üsul 1

1.Word 2016 proqramı işə salınır.

Word 2016 proqramında sənədlərlə iş

2. Adi qaydada boş sənəd proqram işə salınarkən istifadəçiyə təklif olunur.

Word 2016 proqramında sənədlərlə iş

Boş sənədin əvvəlində kursor adlanan şaquli xətt yanıb-sönür. Kursor klaviaturadan daxil ediləcək simvolun mövqeyini göstərir.

Sənədin yadda saxlamaq nə üçün vacibdir?

Bildiyimiz kimi sənədi sonrakı istifadələr üçün mütləq yadda saxlamaq lazımdır. Bunun nədin yadda saxlanılması üçün həmin fayla ad verib, onu sərt disk, yumşaq və ya şəbəkə diskində yadda saxlamaq lazımdır.

Sənədin yadda saxlanılması zamanı ilkin olaraq istifadəçidən nə tələb olunur?

Sənədin ilkin yadda saxlanılması zamanı onun adının və saxlanılacağı yerin göstərilməsi vacibdir.

Sənədin yadda saxlanılması ardıcıllığı necə müəyyən olunur?

Bunun üçün Файл menyusunu açın.

Word 2016 proqramında sənədlərlə iş
File menyusu

Açılmış menyudan hansı adla yadda saxlanılmalı Сохранить как və ya ingiliscə Save as əmrini seçin.

Word 2016 proqramında sənədlərlə iş
Сохранить как və ya ingiliscə Save as
Word 2016 proqramında sənədlərlə iş
Обзор düyməsi vurulur.

Beləliklə ekranda hansı adla yadda saxlamaq Сохранение документа və ya Save as adlanan pəncərə açılacaq. Açılmış dialoq pəncərəsində faylın yadda Sənədin yadda saxlanılması üçün Имя файла yəni faylın adı sətrinin qarşısına saxlanılacaq faylın adını verin.

Word 2016 proqramında sənədlərlə iş
Sənədin yaddaşa verilməsi

Sonra faylın saxlanılacağı yeri müəyyən edin. Məsələn Документы yəni Sənədlər. Bundan sonra faylı yadda saxlamaq üçün Сохранить düyməsini sıxın. Beləliklə faylımız yaddaşa verildi.

Sənədi bağlamaq üçün hansı klaviatur alternativindən istifadə olunur?

Word 2016 proqramında sənədlərlə iş
CTRL+W düymələri yanaşı sıxılır.

Word 2016 proqramında sənədi bağlamaq üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə W hərfini vurmaq lazımdır. Bu zaman proqramdakı sənəd bağlanacaq və proqramın interfeysində işçi sahə boş görünəcəkdir.

Sənədə müraciət üçün hansı ardıcıllığa əməl olunmalıdır?

Настройка панели быстрого доступа ( ani işə salma panelinin ayarları) deyilən düymə sıxılır. Və açılan menyudan  Открыть sətri seçilir.

Word 2016 proqramında sənədlərlə iş
Düymənin əlavə olunması

Beləliklə Открыть düyməsi panelə əlavə olundu. Bu düymənin köməyi ilə biz hər hansı bir faylımızı proqrama çağıra bilərik. Bunun üçün Открыть düyməsi üzərində siçanın sol düyməsi bir dəfə sıxılır.

Word 2016 proqramında sənədlərlə iş
Открыть düyməsi

Beləliklə biz Word 2016 proqramında sənədlərlə iş mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın.  Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 Tərtibat və Redaktə alətlər qrupu

Word 2016 Tərtibat və Redaktə alətlər qrupu

Изменить стили –Mətnin stilini(yazı formasını) dəyişir. Найти –Mətndə bizə lazım olan ad və ya hissəni axtarır.