Ana səhifə / KQİES / MS-DOS-un üstün cəhətləri

MS-DOS-un üstün cəhətləri

Paylaşmaq!

MS-DOS-un üstün cəhətləri bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

MS-DOS-un üstün cəhətləri

MS-DOS-un üstün cəhətləri

Məlumdur ki, MS-DOS əməliyyat sistemi kompüterin daimi yaddaşında saxlanan əsas idarəetmə proqramı olub, yaddaşın proqramlar üçün bölünməsini, faylların diskdə yerləşdiril-məsini, kompüter avadanlıq və qurğularının (klaviatura, displey, sərt disk, disk sürücüləri) daxil olan siqnallara və işləyən proqramlara xidmətini həyata keçirir. Bildiyimiz kimi MS-DOS əməliyyat sistemi minimal funksiyalar yığımından ibarət olmaqla bir nəfərin vahid proqramla işləməsinə imkan yaradır.

MS-DOS əməliyyat sistemi hazırlanarkən hansı prinsiplərə üstünlük verilmişdir?

  • MS-DOS-un əvvəlki və sonrakı versiyaları üçün tərtib edilmiş proqramlar arasında uzlaşma olmalıdır;
  • MS-DOS-un istənilən versiyası İBM və onunla uzlaşan istənilən kompüterlər ilə işləmə imkanına malik olmalıdır.

MS-DOS əməliyyat sistemdən istifadənin əhəmiyyəti nədir?

MS-DOS-un üstün cəhətləri

Məlumdur ki, bir sıra yaradıcı sahələrə aid MS-DOS-da tərtibləri vardır. Bu proqramlar hal-hazırda müvəffəqiyyətlə istifadə edilir.

Windows əməliyyat sistemi və onun müxtəlif versiyalarında baş verən nasazlıqların aradan qaldırılmasında MS-DOS proqramlarından istifadə edilir.

MS DOS ƏS-nin hansı üstün cəhətləri vardır?

MS DOS ƏS-nin üstün cəhətləri bunlardır:

  • Geniş imkanlı əmrlər sisteminə malikdir;
  • Fayllarla ardıcıl qurğularla işlənilən kimi işləməyin mümkünlüyü;
  • Çoxsəviyyəli kataloqların təşkil olunma imkanları;
  • Əlavə qurğuları qoşarkən onların idarəedici proqramlarının, drayverlərinin sistemə qoşulması mümkünlüyü;
  • İstifadəçilər ilə dialoq müddətində digər məsələnin həllinin mümkünlüyü;

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Əməliyyat sisteminin tənzimlənməsi

Əməliyyat sisteminin tənzimlənməsi

Sistemin əsas tənzimlənmələri Панель управления (Control panel (İdarə etmə paneli)) adlanan xüsusi paneldə yerləşir.