Ana səhifə / Tətbiqi Proqramlar / Excel 2016 kitab və işçi vərəqlər

Excel 2016 kitab və işçi vərəqlər

Paylaşmaq!

Excel 2016 kitab və işçi vərəqlər bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Excel 2016 kitab və işçi vərəqlər

Excel 2016 kitab və işçi vərəqlər

Microsoft Excelin işçi kitabının strukturu necə təşkil olunub ?

Microsoft Excel 2016 proqramının yaratdığı fayla kitab deyəcəyik. Hər bir kitab müvafiq vərəqlərdən təşkil olunduğu kimi işçi kitablar da ayrı-ayrı işçi vərəqlərdən təşkil olunub. Bildiyimiz kimi standart Excel 2016 kitabında cəmi bir işçi vərəq olur. Microsoft Excel 2016 proqramının yaratdığı faylın tipi *.xlsx adlanır.

Excel 2016 kitab və işçi vərəqlər

Excel 2016 proqramında işçi vərəqlərin strukturu necə təşkil olunub?

Hər bir kitab müvafiq işçi vərəqlərindən təşkil olunub. Hər bir işçi vərəqin adı və ona məxsus ünvanı var. İşçi vərəqlər proqramın aşağı hissəsində təsvir olunub. Cari anda aktiv olan işçi vərəq içəriyə doğru basılmış vəziyyətdədir. Hər bir kitab müvafiq işçi vərəqlərdən təşkil olunduğu kimi işçi vərəqində özünə məxsus strukturu vardır. Belə ki, Excel 2016 proqramında işçi vərəqlərin strukturu belədir:

  • 16384 sütün
  • 1048576 sətir
  • 17179869184 xana

Excel 2016 proqramında işçi vərəqlər üzərində hansı əməliyyatları aparmaq olar?

1.Kitaba yeni işçi vərəqi əlavə etmək

2.Kitabdan işçi vərəqin silinməsi

3.İşçi vərəqin adının dəyişdirilməsi

4.İşçi vərəqin yerinin dəyişdirilməsi

5.İşçi vərəqin sürətinin çıxarılması

6.Bütün işçi vərəqlərin seçilməsi

7.İşçi vərəqin etiketinin rənginin dəyişdirlməsi.

Beləliklə biz Excel 2016 kitab və işçi vərəqlər mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Excel 2016 proqramında filterlərdən istifadə

Excel 2016 proqramında filterlərdən istifadə

Данный lentinə daxil oluruq. Сортировка и фильтр alətlər qrupundan Фильтр düyməsini sıxın. Gördüyümüz kimi cədvələ filter tətbiq olundu.