Ana səhifə / KQİES / MS-DOS əməliyyat sistemi və onun versiyaları

MS-DOS əməliyyat sistemi və onun versiyaları

Paylaşmaq!

MS-DOS əməliyyat sistemi və onun versiyaları bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

MS-DOS əməliyyat sistemi və onun versiyaları

MS-DOS əməliyyat sistemi və onun versiyaları

Birməsələli ƏS hansı əməliyyat sistemi aid edilir?

MS-DOS əməliyyat sistemi və onun versiyaları

Birməsələli əməliyyat sistemi — müəyyən bir anda konkret bir məsələ ilə bir istifadəçinin işi üçün nəzərdə tutulmuşdur. Bu tip əməliyyat sisteminin nümayəndəsi Microsoft firması tərəfindən yaradılan MS DOS-dur.

Bu əməliyyat sistemi neçənci ildə yaradılmışdır?

Ən mühüm əməliyyat sistemlərindən biri də MS-DOS-dur. Bu əməliyyat sistemi 1981-ci ildə ABŞ-da İBM PC kompüterilə ilə eyni vaxtda meydana gəlmişdir. Sistemin yaradıcısı müasir dövrdə ən çox gəlir gətirən firma olan Microsoft firmasıdır.

MS-DOS əməliyyat sistemi birməsələli (birtapşırıqlı) əməliyyat sistemidir. Bu əməliyyat sistemi sistem vasitələrinə çox asanlıqla uyğunlaşır. Bunun səbəbi onun giriş və çıxışın baza sisteminin genişləndirilmə üçün açıq sistem olmasıdır. Bu xüsusiyyət imkan verir ki, istifadəçi öz sistem proqramlarını yazıb əməliyyat sisteminin standart proqramlarını siyahıya əlavə etsin.

MS-DOS əməliyyat sistemi hansı versiyaları buraxılmışdır?

MS-DOS əməliyyat sistemi və onun versiyaları

MS-DOS əməliyyat sistemi İBM PC kompüterləri ilə eyni vaxta yaradılmış və 16 mərtəbəli mikroprossesorlar üzərində qurulmuş fərdi kompüterlərdən istifadə edilir. MS-DOS əməliyyat sisteminin ilk versiyası 1981-ci ildə Microsoft firması tərəfindən yaradılıb. 1987-ci ildə bu əməliyyat sisteminin 3.3(3.0) versiyası yaradılır və 3-4 il ən geniş istifadə edilən versiya olur. Daha güclü kompüterlər üçün sonralar MS-DOS əməliyyat sisteminin 5.06.0 versiyaları yaradılır. Həmin versiyalar əməli yaddaşın 640 Kbayt-dan çox tutuma, maqnit disklərinin isə 32 Mbayt-dən artıq tutuma malik olmasına imkan verdi. 6.0 versiyası rezerv proqramlar yaratmağa, diskdəki sıxılmış informasiyalardan və antivirus proqramlarından istifadəyə imkan verdi. Hazırda MS-DOS-un 6.20 versiyası istifadə edilir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Əməliyyat sisteminin tənzimlənməsi

Əməliyyat sisteminin tənzimlənməsi

Sistemin əsas tənzimlənmələri Панель управления (Control panel (İdarə etmə paneli)) adlanan xüsusi paneldə yerləşir.