Ana səhifə / KTƏ / Fərdi kompüterın quruluşu

Fərdi kompüterın quruluşu

Paylaşmaq!

Fərdi kompüterın quruluşu bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Fərdi kompüterın quruluşu

Fərdi kompüterın quruluşu

Fərdi kompüterlərin həddindən artıq çox olmasına baxmayaraq, hətta ekzotik bir kompüterin tərkibi də eyni qurğulardan ibarət olur. Onları şərti olaraq 2 hissəyə bölmək olar:

  • daxili qurğular (bəzən onlar «komplektləşdiricilər» də adlandırılırlar);
  • xarici (periferiya) qurğular.

Fərdi kompüterin əsas qurğuları hansıladır?

Monitor

Fərdi kompüterin standart çıxış qurğusudur. Monitorun ölçüsü, aşağı radiasiyalı və səssiz olma xüsusiyyəti əhəmiyyətlidir. Bundan başqa Monitor (displey) – kompüterə daxil edilən və kompüterdən alınan mətn və qrafik informasiyanı əks etdirən qurğudur.

Fərdi kompüterın quruluşu

Monitorun iki iş rejimi var: qrafik iş rejimi mətn iş rejimi. Qrafik iş rejimi ekrana qrafiklərin, şəkillərin çıxarılmasını təmin edir, mətn iş rejimi isə mətn tipli informasiyanın ekrana verilməsi üçün nəzərdə tutulmuşdur.

Sistem bloku (Case)

Anakart və digər bütün daxili təchizat qurğuları sistem blokun içinə montaj edilir. Bildiyimiz kimi Sistem bloku (korpus, case) bu fərdi kompüterin əsas elementidir. Daxilində kompüterin əsas komponentlərini mühafizə edir və birləşdirir.

Fərdi kompüterın quruluşu

Onları mexaniki zədələrdən və xarici təsirdən müdafiə edir. Sistem blokunda saxlanılan komponentlər kompüterin işləməsi üçün lazım olan ən əhəmiyyətli qurğulardır.

Klaviatura

Fərdi kompüterin standart giriş qurğusu olub, həm də kompüterin idarə edilməsini təmin edir. Klaviatura informasiyanın kompüterə daxil edilməsi və kompüterin işinin idarə edilməsi üçün nəzərdə tutulmuşdur.

Fərdi kompüterın quruluşu

Fərdi kompüterin yarandığı gündən bu günə qədər, demək olar ki, klaviaturanın xarici görünüşü və strukturu dəyişməmişdir. Lakin 1995-ci ildə Windows 95 əməliyyat sisteminin yaradılması ilə əlaqədar olaraq 101 düyməli qurğu 104/105 düyməli qurğu ilə əvəz olunmuşdur.

Siçan (mouse)

Siçan (mouse) qurğusu giriş qurğusu olub kompüterdə manipulyasiya işlərini icra etmək üçün istifadə edilir. Məlumdur ki, siçan qurğusu hamar səth üzərində hərəkət etdirildikdə, kursorun da ekranda həmin istiqamətdə hərəkətini təmin edən, üzərində iki, ya üç düymə olan qurğudur.

Fərdi kompüterın quruluşu

Siçan qurğusu vasitəsilə informasiya kompüterə daxil edilir. Sol düymə əmrləri vermək, sağ düymə isə kontekst menyunu açmaq üçün istifadə olunur.

Sistem lövhəsi (Mainboard)

Fərdi kompüterin digər bütün hissələri anakart üzərinə taxılır. Fərdi kompüterin bütün informasiya axınını tənzimləyən digər komponentlər arasında koordinasiya təmin edən qurğudur. Sistem lövhəsi  kompüterin bütün hissələrini üzərində saxlayan və bu parçalar arasında rabitəni təmin edən elektron sxemdir.

Fərdi kompüterın quruluşu

Şüşə lifdən (sərt plastik törəmə) hazırlanmış üzərində mis yolların olduğu lövhədir. Adətən tünd yaşıl bir lövhədir. Sistem lövhəsi üzərində mikroprosessor yuvası, yaddaş, genişlənmə yuvaları, BIOS, digər kartlar üçün genişlənmə yuvaları və sair yer alır.

Mikroprosessor (CPU)

Fərdi kompüterin beynidir. Bu adlandırma mikroprosessorun əhəmiyyətini qeyd etmək üçün söylənilir. Bu gün bazarda müxtəlif mikroprosessorlar var. Əslində mikroprosessorlar sadəcə kompüterlərdə olan bir avadanlıq deyil.

Fərdi kompüterın quruluşu

Kompüterlərdən başqa bütün elektron sistemlərdə mikroprosessor mövcuddur. Məsələn, avtomatik paltaryuyan maşını, avtomatik çirkab maşını, zavodlarda avtomatik cihazlar, televiziya və telefon kimi cihazlarda da mikroprosessor var. Mikroprosessor hesabi və məntiqi əməliyyatları yerinə yetirir.

Daxili Yaddaş (RAM)

Fərdi kompüterlərdə proqramları və sənədləri açdıqda və üzərində iş aparan müddətdə yadda saxlayan müvəqqəti daxili yaddaş qurğusudur. Operativ yaddaş qurğusu kompüterin ən vacib qurğularından biridir. O artıq qırxıncı illərdə yaradılmış arxitekturaya görə kompüterlərin birinci nəsilində bəri bütün nəsillərdə mövcuddur.

Fərdi kompüterın quruluşu

Kompüterdə məlumatların müvəqqəti olaraq saxlanıldığı yaddaş qurğusudur. CPU-nu bir başa verilənlər və proqramlarla təchiz edir. İxtiyarı müraciətli olması sayəsində yaddaşın zaman itirmədən istənilən ünvanındakı informasiyanı oxunub yaza bilir.

Sərt Disk (Hard disk)

Proqramları və sənədləri daimi olaraq saxlayan daimi xarici daşınmaz yaddaş qurğusudur. Bu qurğu informasiyanın saxlanması üçün enerjidən asılı deyil. Kompüterlərdə xarici yaddaş kimi sərt diskdən və s. istifadə olunur. Xarici yaddaşa bəzən informasiya daşıyıcısı da deyilir.

Fərdi kompüterın quruluşu

Əməli yaddaşdan fərqli olaraq bu yaddaşlardakı informasiya kompüter elektrik şəbəkəsindən ayrıldıqda silinmir. 1956-ci il sentyabr ayının 13-də ilk IBM şirkəti sərt diski (IBM 305) təqdim edilir. 1 tona (971 kq) yaxın çəkisi olan sərt disk ölçüsünə görə iri şkafı xatırladırdı.

Ekran kartı (VGA)

Monitorun görüntü kabelinin taxıldığı qurğudur. Monitorun görüntü keyfiyyəti buna bağlıdır. Video kart ana lövhəyə və ya CPU-ya daxil edilə bilər. Lakin əksər ana lövhələr həmçinin laptop ana lövhələri də video kartların qoşulması üçün əlavə portlarla təmin olunmuşdur.

Fərdi kompüterın quruluşu

İnteqral video kartlarda qrafik prosessor sistem resurslarını və enerji təchizatını CPU vasitəsilə paylayır, belədə keyfiyyət adətən xüsusi kartlarda olduğundan daha az olur, o zaman ki daha az enerjidən istifadə olunur.

Səs kartı (Sound card)

Səs tipli informasiyanın mikrafon vasitəsi ilə kompüterə daxil edilməsi və səsgücləndirici (dinamik) vasitəsilə xaric edilməsini təmin edir. Geniş səs kartı istehsalçılarından Creative Labs, Realtek, C-media, Asus sayıla bilər.

Fərdi kompüterın quruluşu

Kompüterdən səsucaldıcıya göndərilən səs məlumatı isə mütləq rəqəmli analoq formaya çevrilməsi lazımdır.

Şəbəkə adapteri (Network card)

Kompüteri kabel şəbəkəsinə qoşmaq üçün onun şaəbəkə interfeys kartı (network interface card, NIC) olmalıdır. Ona bəzən, sadəcə, şəbəkə kartı, yaxud Ethernet adapteri də deyilir. O, ayrıca kart kimi də, kompüterin ana lövhəsinin bir hissəsi kimi də ola bilər.

Fərdi kompüterın quruluşu

Kompüterdə şəbəkə kartının olub-olmadığını bilmək üçün sistem blokunun arxa panelində RJ-45 yuvasını axtarın. O, telefon kabeli üçün yuvanın böyüdülmüşünə oxşayır, yalnız ora telefon kabelinin əvəzinə şəbəkə kabeli taxılır.

CD/DVD-ROM sürücüsü

CDDVD tipli daimi xarici daşınan yaddaş disklərini yazıb/oxuyan qurğudur. Bu tip yaddaşlarda informasiya daşıyıcısı CD (Compact Disk) və ya DVD-dir (Digital Versatile Disk).

Fərdi kompüterın quruluşu

CD-ROM diametri 12 sm və qalınlığı 1,2 mm olan bir tərəfinə şəffaf lak qatı ilə zədələnmələrdən mühafizə edilən, işığı əks etdirən alüminium qatı tozlandırılmış şəffaf polimer diskdir.

Disket sürücüsü (Floppy disk driver)

Elastiki maqnit disklərindən (FDD) ibarət xarici daimi daşının yaddaşların (disket) yazılıb/oxunmasını təmin edən qurğudur.

Fərdi kompüterın quruluşu

Bildiyimiz kimi kompüterdəki məlumatı daşımaq üçün istifadə edilən üzərinə dəmir oksid örtülmüş bir plastik (eastik) diskin, plastik bir qab içərisinə yerləşdirilmiş maqnetik üsulla informasiya saxlama mühitinə malik qurğudur. Plastik diskin elastik olması səbəbiylə floppy adı verilir, floppi disk və ya disket kimi ifadə olunur.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Subtraktiv rəng modeli

Subtraktiv rəng modeli

Subtraktiv rəng modelində mavi, al-qırmızı və sarı rənglər əsas rənglərdir. Onların hər biri çap səhifəsinə düşən ag rəngin müəyyən rənglərini udur və ya ağ rəngdən müəyyən rəngləri çıxarır.