Ana səhifə / KTƏ / Kompüterin ümumiləşdirilmiş məntiqi strukturu

Kompüterin ümumiləşdirilmiş məntiqi strukturu

Paylaşmaq!

Kompüterin ümumiləşdirilmiş məntiqi strukturu bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüterin ümumiləşdirilmiş məntiqi strukturu

Kompüterin ümumiləşdirilmiş məntiqi strukturu

Kompüterin məntiqi strukturu konstruktiv olaraq müxtəlif sinif kompüterlərdə müxtəlif quruluşda reallaşdırılır. Neyman arxitekturalı hər bir kompüter iki hissədən-mərkəziperiferiya (xarici) — ibarət olur. Mərkəzi hissə hesab-məntiq qurğusundan (HMQ), idarəetmə qurğusundan (İQ) daxili yaddaş qurğusundan (DYQ) ibarətdir. Müasir kompüterlərdə HMQİQ prosessor adlanan bir qurğuda birləşdirilir.

Periferiya hissəsinə xarici yaddaş qurğuları (XYQ), daxiletmə-xaricetmə qurğuları (DXQ)idarə pultu (İP) daxildir. Köhnə kompüterlərdə (I və II nəsil) mərkəzi hissə ilə periferiya hissəsi sərt (dəyişdirilə bilməyən) sxemlə əlaqələndirilirdi. Bu isə periferiya qurğularının tərkibini və sayını istifadəçilərin tələblərinə uyğun quraşdırmağa imkan vermirdi.

Kompüterin ümumiləşdirilmiş məntiqi strukturu

Müasir kompüterlərdə mərkəzi hissə ilə periferiya hissəsi sistem interfeysi adlanan aparat-proqram vasitəsilə əlaqələndirilir. Bu isə periferiya qurğularının sayını və tərkibini dəyişdirməyə imkan verir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Subtraktiv rəng modeli

Subtraktiv rəng modeli

Subtraktiv rəng modelində mavi, al-qırmızı və sarı rənglər əsas rənglərdir. Onların hər biri çap səhifəsinə düşən ag rəngin müəyyən rənglərini udur və ya ağ rəngdən müəyyən rəngləri çıxarır.