Ana səhifə / KTƏ / Kompüterin işə başladılması

Kompüterin işə başladılması

Paylaşmaq!

Kompüterin işə başladılması bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüterin işə başladılması

Kompüterin işə başladılması

Kompüterin işə başladılması üçün nə edirik?

Bütün qurğuları şəbəkə süzgəcinə, yaxud UPS-ə qoşduqdan sonra onları açın (yandırın, ON). Hər şey normal olduqda sistemin işləməsinin əlamətləri görünəcək:Kompüterin işə başladılmasıventilyator işə düşəcək, disklər uğuldamağa, sistem blokunun və klaviaturanın indikatorları sayrışmağa və, beləliklə də, kompüter yüklənməyə başlayacaq.

Hansı qurğunu əvvəlcə işə başlatmaq lazımdır?

Sistem blokunu ən sonda açmaq (yandırmaq) gərəkdir. Bununla qalan qurğulara işə hazırlaşmaq üçün vaxt verilir. Sistem bloku onların varlığından xəbər tutur, onları tanıyır və onlardan istifadəyə imkan verir. Bəzi avadanlıqların (məsələn, bəzi skanerlər, xarici yaddasaxlama qurğuları və birbaşa USB portuna qoşulan qurğuların) qoşucu (yandırıb-söndürmə) düyməsi olmur.Kompüterin işə başladılmasıKompüteri işə salarkən bütün qurğuları mütləq yandırmaq (açmaq) lazım deyil. Skanerlə işləməyəcəksinizsə, onu yandırmağa gərək yoxdur. Çox zaman printerlər enerjiyə qənaət rejimində işlədiyindən, printeri gün ərzində bir neçə dəfə yandırıb-söndürməkdənsə, onu yanılı saxlamaq daha məqsədəuyğundur.

Kompüterin yüklənməsi nədir?

Kompüterin yüklənməsi elə əməliyyat sisteminin (proqram təminatının) yüklənməsi deməkdir. Proqram təminatının avadanlıqları idarə etməsini, proqram təminatının başlıca elementinin isə məhz əməliyyat sistemi olmasını bilirik. Ən geniş yayılmış əməliyyat sistemi isə Windowsdur.

Hazırda Windowsun geniş istifadə olunan Windows 7, Windows 10 versiyalarıdır.Kompüterin işə başladılmasıWindowsun başladılması ekranda müxtəlif bildirişlərlə müşayiət olunur. Onlar o qədər maraqlı olmasa da, sadəcə, oturun və gözləyin. Hər şey normaldırsa, sizin qarşınıza əməliyyat sisteminin iş masası açılacaqdır.Kompüterin işə başladılmasıBeləliklə, hər şey alındı, Windows 7 əməliyyat sisteminin iş masası (desktop) artıq sizin gözünüzün qabağındadır. Demək, kompüterdə hər hansı işi yerinə yetirmək olar. Ancaq hələ tələsməyin.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Subtraktiv rəng modeli

Subtraktiv rəng modeli

Subtraktiv rəng modelində mavi, al-qırmızı və sarı rənglər əsas rənglərdir. Onların hər biri çap səhifəsinə düşən ag rəngin müəyyən rənglərini udur və ya ağ rəngdən müəyyən rəngləri çıxarır.