Ana səhifə / KTƏ / Kompüterin quraşdırılması

Kompüterin quraşdırılması

Paylaşmaq!

Kompüterin quraşdırılması bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüterin quraşdırılması

Kompüterin quraşdırılması

Quraşdırmaya nədən başlamalı?

Kompüterin quraşdırılmasma sistem blokunun hamar və dayanıqlı səthdə, məsələn, yazı masasının üzərində yerləşdirilməsindən başlamaq gərəkdir. Komponentlərin qoşulma ardıcıllığının elə bir önəmi olmasa da, rahatlıq baxımından aşağıdakı qaydanı gözləmək məsləhətdir.

İlk olaraq hansı qurğuları qoşmaq gərəklidir?

İlk olaraq klaviaturasiçan qoşulur. Onların bağlayıcıları sistem blokunun arxasında yanaşı yerləşir.Kompüterin quraşdırılmasıSonra monitor qoşulur.

Kompüterin quraşdırılmasıMonitordan iki kabel çıxır.

Kompüterin quraşdırılmasıBunlardan biri — 15 milli informasiya kabeli sistem blokunun arxasındakı uyğun bağlayıcıya, o biri — şəbəkə kabeli isə elektrik şəbəkəsinə taxılır.

Kompüterin quraşdırılmasıAkustik sistemi (səsucaldanı və mikrofonu) qoşarkən diqqətli olmalısınız, çünki audio giriş çıxışların yuvaları eyni cür olduğundan, onlar dəyişik salma bilər.

Kompüterin quraşdırılmasıSonra printerimodemi (əgər xaricidirsə) qoşmaq olar. Printerxarici modem uyğun olaraq 25-yuvalı paralel porta 9-milli ardıcıl porta taxılır. Ancaq yeni printerlər və xarici modemlər USB kabelləri ilə təchiz olunur.

Kompüterin quraşdırılmasıBu halda onlar, təbii olaraq, sistem blokundakı boş USB-portlarından birinə taxılır. Ən sonda sistem blokunu elektrik şəbəkəsinə qoşmaq gərəkdir.

Hansı halda tez quraşdırmaq itgiyə səbəb ola bilər?

Kompüterinizi şaxtalı havada almısınızsa, onu elektrik şəbəkəsinə qoşmazdan öncə otaq temperaturunda iki-üç saat saxlayın. Bu, doğrudan da çox önəmli qaydadır, çünki kompüteri dərhal elektrik şəbəkəsinə qoşmaqla siz onu bir andaca itirə bilərsiniz.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir