Ana səhifə / KTƏ / Mikrokompüterin uyğunluğuna görə təsnifatı

Mikrokompüterin uyğunluğuna görə təsnifatı

Paylaşmaq!

Mikrokompüterin uyğunluğuna görə təsnifatı bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Mikrokompüterin uyğunluğuna görə təsnifatı

Mikrokompüterin uyğunluğuna görə təsnifatı

Uyğunluğuna görə təsnifat nədir?

Dünyada çoxlu adda müxtəlif konfiqurasiyalı minikompüterlər istehsal olunur. Onlar müxtəlif istehsalçılar tərəfindən satışa buraxılır, müxtəlif detallardan yığılır və müxtəlif proqramlarla işləyirlər. Bu halda çox vacib məsələ müxtəlif kompüterlərin öz aralarında uyuşqan olmasıdır.

Mikrokompüterin uyğunluğuna görə təsnifatı

Uyğunluqdan kompüterin qurğularının qarşılıqlı əvəzlənə bilməsi, bir kompüterdən digərinə proqramların köçürülməsi imkanı v ə eyni bir verilənlərlə müxtəlif tip kompüterlərdə birgə işləmə imkanı asılıdır. Aparat uyğunluğuna görə kompüterlər, aparat platforması adlanan anlayışa görə fərqlənirlər. Fərdi kompüterlər sahəsində bu gün daha geniş iki aparat platforması yayılmışdır: IBM və Apple Macintosh.

Mikrokompüterin uyğunluğuna görə təsnifatı

Bunlardan başqa, yayılması ayrı-ayrı regionlarla və ya sahələrlə məhdudlaşan digər platformalar da vardır. Kompüterlərin eyni bir aparat platformasına aidiyyəti, onlar arasında uyğunluğunu artırır, müxtəlif platformalara məxsusolma isə uyğunluğu azaldır. Aparat uyğunluğundan başqa proqram səviyyəsində uyğunluq mühümdür. Qeyd edək, IBMApple Macintosh kompüterləri fərqli proqram təminatından istifadə edir yəni, proqram səviyyəsində uyuşan deyil.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir