Ana səhifə / KTƏ / Mikrokompüterin növləri haqqında məlumat

Mikrokompüterin növləri haqqında məlumat

Paylaşmaq!

Mikrokompüterin növləri haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Mikrokompüterin növləri haqqında məlumat

Mikrokompüterin növləri haqqında məlumat

Mikrokompüterlərin növləri necə təsnifləşdirilir?

  • İxtisaslaşma səviyyəsi üzrə təsnifata daxil olan mikrokompüterlər
  • Forma ölçülərinə görə təsnifata daxil olan mikrokompüterlər
  • Uyuşqanlığına görə təsnifata daxil olan mikrokompüterlər

İxtisaslaşma səviyyəsi üzrə mikrokompüterlərin  neçə növü vardır?

İxtisaslaşma səviyyəsi üzrə mikrokompüterlər iki yerə bölünür: universalixtisaslaşmış mikrokompüterlər.

Universal kompüterlər nəyə xidmət edir?

Mikrokompüterin növləri haqqında məlumat

Universal kompüterlər müvafiq proqram təminatı olduqda ixtiyari tətbiqi məsələni həll etməyə xidmət edir.

İxtisaslaşmış mikrokompüterlər nəyə xidmət edir?

Mikrokompüterin növləri haqqında məlumat

İxtisaslaşmış mikrokompüterlər konkret təyinatlı məsələlərin həlli üçün nəzərdə tutulmuşdur. Belə kompüterlərə avtomobillərin, gəmilərin, təyyarələrin, kosmik aparatların bort kompüterlərini, tibbi avadanlıqlar qoşulmuş minikompüterləri, serverləri aid etmək olar.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir