Ana səhifə / KTƏ / Mikrokompüterin ölçülərinə görə təsnifatı

Mikrokompüterin ölçülərinə görə təsnifatı

Paylaşmaq!

Mikrokompüterin ölçülərinə görə təsnifatı bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Mikrokompüterin ölçülərinə görə təsnifatı

Mikrokompüterin ölçülərinə görə təsnifatı

Mikrokompüterlərin forma ölçülərinə hansı növləri mövcuddur?

Mikrokompüterlərin forma ölçülərinə görə aşağıdakı kimi təsnifləşdirilir.

  • Stolüstü (desktop)
  • Portativ (Portable)
  • Cib (Palmtop)

Stolüstü kompüter (Desktop) haqqında

Ən məşhur və ən çox yayılan kompüter tipidir. Bunun tərkibində sistem bloku adlı mərkəzi element vardır ki, orada kompüterin ən vacib hissələri (prosessor, əməli yaddaş, sərt disk və s.) yerləşirlər. Sistem blokuna monitor, skaner, printer, modem və s. kimi əlavə xarici qurğular qoşulurlar.

Mikrokompüterin ölçülərinə görə təsnifatı

Slolüstü kompüter nisbətən böyük yer tutmasına baxmayaraq, gövdəsinin böyük hissəci boşluqlarla doludur. Lakin onun qiyməti çox baha olmur və çox sadə bir üsulla təkmilləşdirilir. Lazım olduqda onun tərkibinə daxil olan istənilən qurğunu digər qurğu ilə əvəz etmək mümkün olur. Digər tərəfdən isə öz sinfində olan bütün kompüterlər arasında böyük imkanlara malik olur.

Mikrokompüterin ölçülərinə görə təsnifatı

Slolüstü kompüter nisbətən böyük yer tutmasına baxmayaraq, gövdəsinin böyük hissəci boşluqlarla doludur. Lakin onun qiyməti çox baha olmur və çox sadə bir üsulla təkmilləşdirilir. Lazım olduqda onun tərkibinə daxil olan istənilən qurğunu digər qurğu ilə əvəz etmək mümkün olur. Digər tərəfdən isə öz sinfində olan bütün kompüterlər arasında böyük imkanlara malik olur. Masaüstü minikompüterlər funksional imkanlarının böyüklüyünə, maya dəyərinin ucuz olmasına, daha əvvəl və kütləvi istehsalına görə daha geniş yayılmışdır. Onlar əsasında Avtomatlaşmış İşçi Yerləri yaradılır, fərdi olaraq bir əmək aləti kimi istifadə edilir.

Portativ kompüterlər haqqında məlumat

Portativ kompüterlər daşınma üçün rahatdır. Onlardan əvvəllər əksər vaxtlarını ezamiyyət və tədbirlərdə keçirən biznesmenlər, komersantlar, müəssisə və idarə rəhbərləri, jurnalistlər istifadə edirdilər. Son illərdə onların funksional imkanları xeyli artdığından və qiymətlərinin ucuzlaşması səbəbindən onlardan istifadə edənlərin əhatə dairəsi sürətlə genişlənməkdədir.

Mikrokompüterin ölçülərinə görə təsnifatı

Hal-hazırda – Notbook, Lap top və Sub Netbook portativ kompüterləri istehsal olunur. Onlardan adətən İnternet-lə və sənədlərlə işləmək üçün, telefon rabitəsi vasitəsilə istənilən coğrafi nöqtədən telefon xəttinə qoşulmuş digər kompüterlə informasiya mübadiləsi etmək üçün istifadə edilir. Əvvələr cib kompüterləri “intellektual qeydiyyat kitabçası” kimi yaradılmışdır və bu səbəbdən Personal Digital Assistant (PDA) – “şəxsi rəqəmli katibə” adlandırılmışdır. Bu gün müasir cib kompüterləri geniş funksional imkanlara malikdir.

Mikrokompüterin ölçülərinə görə təsnifatı

Son zamanlar cib kompüterlərinin və mobil telefonların imkanlarını birləşdirən qurğular- smartfonlarkommunikatorlar istifadə edilməkdədir.

Komminikatorlar haqqında ümumi məlumat

Bu qurğular da praktiki olaraq, adi FK-dən heç nə ilə fərqlənmirlər.

Mikrokompüterin ölçülərinə görə təsnifatı

Yalnız fərq ondan ibarətdir ki, burada daxildə quraşdırılmış GSM-modulu və adi mobil telefonla işləməyə oxşar iş görmək üçün əlavə işlənmiş xüsusi proqram təminatı vardır. Belə ki, «danışıq» funksiyaları kommunikator üçün ikinci yerdə durur. Əsas məsələ, əlavə modullardan istifadə etməməklə, mobil şəbəkə vasitəsilə GRPS protokolu ilə internetdə işləmək qabiliyyətidir. Ən geniş yayılmış Mobile Windows-2003 bazasında və PalmOS platformasında yaradılan kommunikatorlardır.

Mikrokompüterin ölçülərinə görə təsnifatı

Smartfonlar haqqında ümumi məlumat

Əgər kommunikatorlar adi FK-dən əmələ gəlmişlərsə, smartfonlar adi mobil telefonlardan yaranmışlar. Vaxt keçdikcə bu iki qurğu arasındakı sərhəd yəqin ki, silinəcəkdir, lakin indi bunların bir-birindən fərqli olması çox aydın görünür.

Mikrokompüterin ölçülərinə görə təsnifatı

Kommunikatorlar — FK ilə mobil rabitə modulunun hibridindən ibarətdir. Smartfon isə rabitə üçün yaradılan həddindən artıq ağıllı olan mobil qurğudur.

Mikrokompüterin ölçülərinə görə təsnifatı

Müasir smartfonlar kommunikatorları hal-hazırda müəyyən parametrlərinə görə üstələyirlər.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Mikrokompüterin uyğunluğuna görə təsnifatı

Mikrokompüterin uyğunluğuna görə təsnifatı

Dünyada çoxlu adda müxtəlif konfiqurasiyalı minikompüterlər istehsal olunur. Onlar müxtəlif istehsalçılar tərəfindən satışa buraxılır, müxtəlif detallardan yığılır və müxtəlif proqramlarla işləyirlər. Bu halda çox vacib məsələ müxtəlif kompüterlərin öz aralarında uyuşqan olmasıdır.