Ana səhifə / KRİ modulu / Plotter haqqında məlumat

Plotter haqqında məlumat

Paylaşmaq!

Plotter haqqında məlumatSənayenin müxtəlif sahələrində avtomatlaşdırılmış layihə sistemlərinin və ya AvtoCAD sistemlərinin geniş tətbiqi və inkişafı nəticəsində qrafiki informasiyanın kompüterdən çıxarılması çəqsədini güdən plotterlərin (cizgi qurğularının) medana gəlməsi təbii bir hal kimi qəbul edilməlidir. Konstruktor və texnoloji sənədlər komplektinin yaradılmasında müxtəlif qrafiki materialların (cizgilər, sxemlər, qrafiklər, diaqrmalar və s.) hazırlanması əsas rol oynayır.Əl ilə bu cür işlərin yarinə yetirilməsi böyük çətinliklər yaradır. Ona görə də cizgi sənədlərinin tərtibini avtomatlaşdırılmasına xidmət edən belə sistemlərin yaranması zəruri bir hal kimi meydana gəlmişdir. Digər tərəfdən, 50-ci illərdən başlayaraq meydana gəlmiş və sənayedə, elmdə tibbdə və bir çox digər sahələrdə tətbiq edilən müxtəlif özüyazan cihazların olması, plotterin meydana gəlməsini asanlaşdırmışdır. Plotterlərin istehsalı artdıqca, onların elm və texnikanın müxtəlif sahələrində tətbiqi də genişlənmişdir.

Plotter haqqında məlumat

Plotterlərdə cizgi üçün sahə A4-A0 formatında olub, İSO və ANSİ standartlarına uğun gəlir.
Bütün müasir plotterləri 2 böyük sinfə ayırmaq olar:
  1. A 3-A2 formatları üçün planşet tipli plotterlər;
  2. kağızın eni A1 və ya A0 formatına uyğun gələn rulon tipli plotterlər.
İkinci tip plotterlərdə uzunluğu bir neçə on metrlərə bərabər olan rulon kağızlardan istifadə edilir və onun vasitəsilə inşaat və arxitektura layihələrində istifadə olunan uzun rəsmlər və cizgilər çəkmək mümkün olur. Bu cür plotterlər prakyikada ən geniş yayılmışdır.
Planşet tipli plotterlər isə çox az tətbiq edilir, son zamanlar isə onlar uyğun printerlərlə əvəz olunurlar.
Plotterlərin digər təsnifat parametri-onlarda tətbiq edilən yazı mexanizminin tipi ilə təyin olunur. Plotterlərin əksəriyyətində qələm tipli yazı mexanizmindən (Pen –plotter) və xüsusi flomasterlərdən istifadə edilir.
Plotterlərin əmrlər sisteminin idarə olunması üçün standart dil-HP-GP (Hewlett-Packard Graphics Language)-dir. Sonralar HP-GL/2 versiyası yaranmış və bunun vasitəsilə verilənlərin ötürülmə sürəti artırılmış, şriftlərin, xətlərin qalınlığı, rənglərin idarə olunması və müxtəlif ştrixlərin əldə edilməsi mümkün olmuşdur. Digər firmalar da verilənlərin formatı, əmrlər sistemi və drayverlər üçün öz əmrlər  sistemini yaratmışlar.
Plotterlərin tipik interfeysləri-RS232 (ötürmə sürəti 38,4 kbayt)və centronics-dir. Bəzi modellər üçün isə RS422, RS423, İEEE488 tipli interfeyslər tətbiq edilir və onlar lokal şəbəkələrdə də istifadə edilir.
Qələm mexanizmli plotterlərin xarakteristikalarının yaxşılaşdırılması bir sıra istiqamətlər üzrə aparılmışdır. Bunlardan ən əsası aşağıdakılardır:
  • kağızın verilmə və qeyd edilməsi mexanizmlərinin təkmilləşdirilməsi;
  • rəsmlərin və cizgilərin çəkilmə sürətlərinin artırılması;
  • təsvirin keyfiyyətinin yüksəldilməsi;
  • məhsulun maya dəyərinin (sərf olunan materialların, istismar sərflərinin və s.) aşağı salınması.
Son zamanlar qələm plotterlərin bazasında yeni qurğular meydana gəlmişdir. Bu qurğularda yazı yazan qovşaq <<katter>> (cutter) adi kəsici alətlə əvəz edilmişdir.bir qayda olaraq, kəsici plotterlərdə xüsusi polimer təbəqədən və ya özüyapışan xüsusi kağızdan istifadə edilir. Bu cür qurğuları imkanlarının tətbiqi dizayner və tərtibatçı-rəssamlara geniş imkanlar yaradır.
Plotterlər ailəsinin daha sonrakı inkişafı şırnaq tipli yazı qovşağının meydanan gətirmişdir. Bu cür qurğuların yaranması nəticəsində plotterlər və printerlər arasında olan sərhəd tamamilə silinmiş, bir sıra xarakteristikalara görə isə plotterlər poliqrafiya avadanlıqlarının xarakteristikalarına daha yaxın olmuşdur.
 

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər

Printer ilə əlaqədar problemlər bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, …

Добавить комментарий