Ana səhifə / KTƏ / Subtraktiv rəng modeli

Subtraktiv rəng modeli

Paylaşmaq!

Subtraktiv rəng modeli bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Subtraktiv rəng modeli

Subtraktiv rəng modeli

Nə üçün qrafik təsvirlərin çap edilməsi zamanı subtraktiv modeldən istifadə edilir?

Əks olunan rənglər subtraktiv rəng modeli ilə sərh edilir. Kağız işıq şüalandırmır, isığı udur və əks etdirir. Gözə kağızdan əks olunan işıq düşür. Ona görə də qrafik təsvirlərin çap edilməsi üçün subtraktiv modeldən istifadə edilir.

Subtraktiv rəng modeli

Rənglərlə bağlı nəyi bilməliyik?

Ağ rəng göy qurşağına daxil olan bütün rəngləri özündə birləşdirir. Ağ rəng prizmadan keçəndə tərkib hissələrinə ayrılır. Qırmızı, narıncı, sarı, yaşıl, mavi, göybənövşəyi rənglər işığın görünən spektrini əmələ gətirir. Ağ kagız ağ isıqla işıqlandırılanda bütün rəngləri əks etdirir.

Subtraktiv rəng modeli

Rənglənmiş kağız isə bəzi rəngləri udur, yerdə qalan rəngləri isə əks etdirir. Ağ isıqla işıqlandırılan qırmızı rənglə rənglənmiş kağız ona görə qırmızı görünür ki, o, qırmızı rəngdən başqa bütün rəngləri udur. Həmin qırmızı kagızı göy işıqla işıqlandıranda o, göy rəngi udduğuna görə qara görunəcək.

Subtraktiv rəng modeli hansı rənglər əsas sayılır?

Subtraktiv rəng modelində mavi, al-qırmızısarı rənglər əsas rənglərdir. Onların hər biri çap səhifəsinə düşən ag rəngin müəyyən rənglərini udur və ya ağ rəngdən müəyyən rəngləri çıxarır. Subtraktiv modelin adı da bundan götürülmüşdür. İngiliscə “subtract” cıxma deməkdir. Subtraktiv rəng modeli CMYK (Cyan —mavi, Magenta -al-qırmızı, Yellow — sarı, black — qara) abbreviaturası ilə işarə edilir. Qara, qırmızı, yaşılgöy rənglərin alinmasından ötrü bu modeldə əsas subtraktiv rərglərdən aşağıdakı qaydada istifadə edilir:

Subtraktiv rəng modeli

mavi + al-qırmızı + sarı = qara;

mavi + al-qırmızı = göy;

sarı + al-qırmızı = qırmızı;

sarı + mavi = yaşıl.

Əsas subtraktiv rəngləri də müxtəlif nisbətlərdə qarışdırmaqla çoxsaylı çalarlar almaq mümkündür. Subtraktiv modeldə ağ rəng əsas subtraktiv rənglərin heç biri olmayanda alınır. Mavi, al-qırmızısarı rənglər yüksək faizlə qarışdırılanda qara rəng əmələ gətirir. Daha dəqiq desək bu rənglər qarışdırılanda nəzəri olaraq qara rəng alınmalıdır. Boyaların bəzi xüsusiyyətlərinə görə bu rənglər qarışdırılanda qonur-ləkə çaları alınır. Ona görə də bu rəngə çap prosesində qara boya da əlavə edilir.

Beləliklə biz Subtraktiv rəng modeli mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir