Ana səhifə / Microsoft Office Publisher 2003 / Publisher 2003 haqqında ümumi məlumat

Publisher 2003 haqqında ümumi məlumat

Paylaşmaq!

Publisher 2003 haqqında ümumi məlumat

Publisher 2003 haqqında ümumi məlumat bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Microsoft Office Publisher 2003  proqramına həsr olunmuş ilk elektron dərsliyimdə salamlayıram.

Publisher 2003 haqqında ümumi məlumat

Biz artıq Microsoft Office paketinə daxil olan bir neçə proqramla —MS Word, MS Excel, MS PowerPoint, MS Access ilə tanışsınız. Bu yarımildə belə proqramlardan daha biri — Microsoft Office Publisher 2003 haqqında məlumat veriləcək. Microsoft Office Publisher 2003 proqramı çap məhsullarının – bülletenlərin, broşürlərin, elanların, sertifikatların, vizit kartlarının hazırlanması üçün nəzərdə tutulub. İngilis dilində Publisher— nəşr edən, naşir, çap edən anlamını verir. Burada çox saylı hazır professional maketlərdən istifadə olunur.

Publisher 2003 haqqında ümumi məlumat

Doğrudur, bu sadalanan məhsulları mətn prosessorlarında da yaratmaq olar, ancaq bu sahədə Publisher proqramının imkanları daha genişdir. Bu proqram, hətta, veb-səhifələrin hazırlanması üçün də gözəl vasitədir. Göstərilən məhsullardan hansının yaradılmasından asılı olmayaraq, Microsoft Office Publisher 2003 proqramında işi boş vərəqdən başlamağa ehtiyac yoxdur. Burada hər bir çap məhsulu üçün çoxsaylı hazır professional maketlər təklif olunur. İşə başlamaq üçün, sadəcə, xoşunuza gələn maketi açmaq kifayətdir. Maketi açdıqdan sonra siz mətn və rəsmlər üçün nəzərdə tutulmuş yerləri doldurmalısınız. Həmçinin, rəng sxemini və şrift sxemini dəyişdirə, maketə yeni elementlər artıra, yaxud müəyyən elementləri uzaqlaşdıra və maketi tamamilə öz istəyinizə uyğunlaşdıra bilərsiniz.

Publisher 2003 haqqında ümumi məlumat

Beləliklə biz Publisher 2003 haqqında ümumi məlumat mövzusu ilə tanış olduq.
Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim Microsoft Office Publisher 2003 proqramını müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Publisher 2003 proqramında dəvətnamələrin yaradılması

Publisher proqramında dəvətnamələrin yaradılması

New Publication- Новая Публикация-Yeni nəşrlər tapşırıqlar panelində nəşr növləri siyahısından Publications for Print- Публикация для печати-Çap üçün nəşrlər növünü, sonra isə Открытки-Dəvətnamələr növünü seçin.

Добавить комментарий