Ana səhifə / Xəbərlər / Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir

Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir

Paylaşmaq!

Dekabr ayının 15-i Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində Mənzil İnşaatı Dövlət Agentliyinin iştirakı ilə əməkdaşlıq mövzusunda tədbir keçirilib. Tədbirdə Mənzil İnşaatı Dövlət Agentliyinin Kadrlar şöbəsinin müdiri Fatma Yıldırım Mənzil İnşaatı Dövlət Agentliyinin sektor müdiri Rauf Əliyev, Mərkəzin direktoru Vilayət Əliyev, mərkəzin direktor müavinləri, müəllim və şagird kontingenti, şagirdlərin valideynləri və digər qonaqlar iştirak ediblər.

Bakı Dövlət Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir

Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir
İşəgötürənlər ilə Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Vilayət Əliyev açdı. O, tədbirdə iştirak edən Mənzil İnşaatı Dövlət Agentliyinin nümayəndələrini və digər tədbir iştirakçılarını salamladı.

Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir
Mərkəzin direktoru Vilayət Əliyev

Mərkəzin direktoru Vilayət Əliyev çıxış edərək bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə əsasən, işəgötürənlərin peşə təhsili sisteminə cəlb edilməsi, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun aparılması və təhsildə dövlət-özəl tərəfdaşlığı sisteminin həyata keçirilməsi zəruridir. İqtisadiyyatın müxtəlif sektorlarında fəaliyyət göstərən işəgötürənlər ilə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə tərəfdaşlığın qurulmasının günün tələbi olduğunu vurğulayan Vilayət Əliyev ixtisaslı və səriştəli kadrların hazırlanmasının bu prosesə mühüm töhfə verəcəyini qeyd etdi. Bu baxımdan bu günki, görüşümüzdə də əsas məqsəd işəgötürən qismində iştirak edən MİDA MMC təşkilatı ilə mərkəzin müəllim pedaqoji heyəti, şagird kollektivi və onların valideynləri ilə, həmçinin digər tədbir iştirakçıları ilə tanışlıq bizim üçün çox əhəmiyyətlidir.

Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir
Mərkəzin direktoru Vilayət Əliyev

Tədbirimizin digər əsas məqsədi şagirdlərin peşəyə olan həvəslərinin son dərəcə artırılması və onlara əməkdaşlıq və sahibkarlıq düşüncəsini aşılamaqdan ibarətdir. Nəzərinizə çatdırıram ki, Peşə Təhsili Mərkəzləri ilə müəssisələr arasında əməkdaşlığa əsasən bu il ilk dəfə olaraq, bizim Mərkəzin «qaynaqçı» peşəsi üzrə hazırladığımız şagirdlər MİDA MMC-nin rəhbərlik etdiyi layihələrdə istehsalat təcrübəsi keçiblər. İstehsalat təcrübəsi yüksək səviyyədə təşkil olunub. Həmin şagirdlərimiz Fatma xanım və Rauf müəllimin qayğısı nəticəsində bir ay ərzində günorta yeməyi ilə təmin olunmuş və istehsalat təcrübəsinin yekununda əmək haqqı olaraq onlara müəyyən məbləğdə vəsait də ödənilmişdir. Bu bizim Mənzil İnşaatı Dövlət Agentliyi ilə ilk iş birliyimiz idi. Ümid edirəm ki, nəticəmiz gözəl alınıb. Bu ildən başlayaraq Mənzil İnşaatı Dövlət Agentliyi ilə əlaqələrimizi daha da genişləşdirməli və inşaat sahəsi üzrə peşəkar kadrlar hazırlayıb MİDA MMC-ə təqdim etməliyik. Sonra çıxışında Vilayət Əliyev bu tədbirin şagirdlərin həyatında müəyyən dönüşlər edəcəyini və nəticə etibarı ilə onlarda yeni peşələrə olan həvəsin artacağını və fikirlərin formalaşacağına inandığını söylədi.
Çıxış üçün söz alan Mənzil İnşaatı Dövlət Agentliyinin kadrlar şöbəsinin müdiri Fatma Yıldırım öncə Mərkəzə dəvət edildiyinə görə rəhbərliyə təşəkkür etdi. Birgə çalışacaqları üçün öz minnətdarlığını bildirdi. Sonra o, qeyd etdi ki, bu gün Azərbaycan iqtisadiyyatının inkişafı üçün peşə ixtisaslı gənc mütəxəssislərə böyük ehtiyacımız vardır. İlk növbədə Mənzil İnşaatı Dövlət Agentliyi daha çox əhalinin güzətli mənzillərlə təmin olunmasını həyata keçirir.

Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir
Mənzil İnşaatı Dövlət Agentliyinin kadrlar şöbəsinin müdiri Fatma Yıldırım

Mənzil İnşaatı Dövlət Agentliyi 11 aprel 2016-cı il tarixində yaradılmışdır. Birbaşa Prezidentin nəzarətində olan Agentlikdir. Düşünürəm ki, hər bir cəmiyyətin rifahı orada yaşayan insanların evlə təminatından başlayır. Hər bir xoşbəxt ailə evinin olmasını arzulayır. Bu istiqamətdə Ulu Öndərimizin və onun layiqli davamçısı olan İlham Əliyevin apardığı siyasət təqdirə layiqdir. Fatma xanım dünyanın bir sıra ölkələrində tikinti sahəsinin inkişafı və əhalinin güzəştli mənzillərlə təmin olunması istiqamətində müxtəlif tədbirlərin görüldüyünü bildirdi. Biz də Agentlik olaraq əsas məqsədimiz əhalinin rifah halının yaxşılaşdırılması, gənc ailələrin güzəştli mənzillərlə təmin olunmasında yardımçı olmaqdır.

Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir
Mənzil İnşaatı Dövlət Agentliyinin kadrlar şöbəsinin müdiri Fatma Yıldırım

İkinci vacib məsələ ixtisaslı peşəkar kadrların işlə təmin olunmasıdır. Biz Agentlik olaraq ev tikmirik. Biz sifarişçiyik. Odur ki, layihələrimizi reallaşdıran zaman podratçı qismində iştirak edən şirkətlərdən onların kadr potensialının nə vəziyyətdə olduğunu soruşuruq. Apardığımız araşdırmalar göstərir ki, bu gün bir sıra tikinti şirkətlərində çalışan işçilərin böyük əksəriyyətinin öz peşələri üzrə praktik bacarıqları olsa da onların təhsilləri və ya həmin peşə üzrə diplomları yoxdur. Odur ki, tikinti sahəsində çalışan işçilərin gələcəkdə ilk peşə ixtisas təhsillərinin olmasını vacib sayaraq Mərkəzlə əməkdaşlığa başlamışıq. Dövlətimiz də peşənin inkişafı üçün zəruri islahatları aparmaqdadır. Bizim əməkdaşlığımızın məqsədi mərkəzdə oxuyan məsuliyyətli şagirdləri həvəsləndirmək, müəyyən ehtiyaclarını ödəmək və gələcəkdə bu Agentliyin profilinə uyğun ixtisaslar üzrə məzunları işlə təmin etməkdir.
Sonra çıxış üçün söz alan Mənzil İnşaatı Dövlət Agentliyinin sektor müdiri Rauf Əliyev tədbir iştirakçılarını salamladı. Təqdimat vasitəsilə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi.

Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir
Mənzil İnşaatı Dövlət Agentliyinin sektor müdiri Rauf Əliyev

Bildirdi ki, əsas missiyamız Azərbaycan vətəndaşlarının mənzilə olan ehtiyacının ödənilməsini təmin edərək həyat keyfiyyətini yaxşılaşdırmaq və milli iqtisadiyyatın inkişafı üzrə dövlət siyasətinin reallaşdırılmasına töhfə verməkdir.

Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir
Mənzil İnşaatı Dövlət Agentliyinin sektor müdiri Rauf Əliyev

Bundan başqa Agentlik olaraq əsas fəaliyyət istiqamətlərindən biri Azərbaycan Respublikasında müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli yaşayış binalarının və digər tikinti obyektlərinin tikintisini təşkil etməkdir. Sonra isə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında tikilən Yasamal Yaşayış Kompleksi barədə məlumat verən Rauf Əliyev bu kompleksin 2018-ci ildə tamamlanacağını söylədi. Eləcədə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi əsasında tikiləcək Hövsan Yaşayış Kompleksi barədə ətraflı məlumat verdi. Bu sahədə çalışacaq ixtisaslı gənc kadrlara ehtiyacın olduğunu bildirdi. Sonda tədbir iştirakçılarının suallarını cavablandırdı.
Sonra isə Məkrəzin direktoru Vilayət Əliyev Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat vermək üçün sözü həmin Mərkəzin İKT sahəsi üzrə ixtisas fənn müəllimi Şaiq Qədirova verdi. Çıxış üçün söz alan Şaiq Qədirov ilk növbədə tədbir iştirakçılarını salamladı.

Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir
Mərkəzin İKT sahəsi üzrə ixtisas fənn müəllimi Şaiq Qədirov

Bu sahənin inkişafı üçün ölkə başçısı cənab İlham Əiyevin “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə prioritet istiqamətlərdən biri də işgötürənlərlə peşə təhsili müəssisələri arasında müxtəlif səviyyələrdə tərəfdaşlıq əlaqəsinin qurulmasının nəticəsi kimi həyata keçirilən bu tədbirin zəruri olduğunu bildirdi. Təqdimat vasitəsilə Şaiq müəllim Mərkəzin iki tədris ocağının bazası əsasında yaradıldığını qeyd etdi. Həmin təhsil müəssisələrinin biri 8 nömrəli Bakı Peşə Liseyidir. İkincisi isə 7 nömrəli Bakı Peşə Məktəbidir. Həmin təhsil müəssisələrinin hüquqi ünvanlarını xatırlatdı. Lisey və peşə məktəbinin texniki imkanlarını, onların ərazisini, tədris və istehsalat, yataqxana və yeməkxana, həmçinin digər yardımçı obyektləri barədə ətraflı danışdı.

Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir
Mərkəzin İKT sahəsi üzrə ixtisas fənn müəllimi Şaiq Qədirov

Mərkəzdə 12 ixtisas üzrə kadrların hazırlandığını və 2017-2018-ci tədris ilində Mənzil İnşaatı Dövlət Agentliyinin tövsiyəsi ilə komplektləşdirilməsi nəzərədə tutulan bir sıra peşələr barədə məlumat verdi. Bütövlükdə Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində 17 istiqamət üzrə peşəkar kadrların hazırlanacağını və artıq 4 istiqamətdə müxtəlif peşələr üzrə kadrların hazırlandığını bildirdi. Mərkəzin mühəndis-pedaqoji heyəti və şagird kontingenti barədə məlumat verən Şaiq Qədirov gələcəkdə Mənzil İnşaatı Dövlət Agentliyi ilə qurulacaq təməl, ortayüksək əməkdaşlıq meyarlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Əməkdaşlığın hər iki tərəf üçün faydalı cəhətlərini söyləyən Şaiq Qədirov təqdimatın sonunda əməkdaşlıq etdiyiniz üçün Mərkəz adından öz təşəkkürünü bildirdi.
Tədbirdə dəyərli fikirləri ilə çıxış edən Mərkəzin Tədris və İstehsalat İşləri üzrə direktor müavini Nazim Quliyev bu görüşün müstəsna əhəmiyyətindən danışdı.

Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir
Mərkəzin Tədris və İstehsalat İşləri üzrə direktor müavini Nazim Quliyev

Bu il şagirdlərimizin istehsalat təcrübəsində onlara göstərilən diqqət və qayğıya görə Mənzil İnşaatı Dövlət Agentliyinin kadrlar şöbəsinin müdiri Fatma Yıldırıma və Mənzil İnşaatı Dövlət Agentliyinin sektor müdiri Rauf Əliyevə öz təşəkkürünü bildirdi.
Sonda Mərkəzin direktoru Vilayət Əliyev məmnunluq hissi ilə qeyd edərək bildirdi ki, biz Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzi olaraq Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyinə minnətdarlığımızı çatdırırıq və bu əməkdaşlığın müəssisəmizə uğur gətirəcəyinə inanırıq.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkildi.
Peşə Təhsili Mərkəzi arasında əməkdaşlıq üzrə keçirilən tədbir

Müəllif:Şaiq Qədirov

 © İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

2 fevral-Azərbaycan Gənclər Gününü qeyd edir.

2 fevral-Azərbaycan Gənclər Gününü qeyd edir.

Yanvarın 31-də Qaradağ rayon Heydər Əliyev Mərkəzində Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 fevral-Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib. Bu münasibətlə 8 №-li Bakı Peşə Liseyinin müəllim və usta kollektivi, tələbələr iştirak etmişdilər.

Добавить комментарий