Ana səhifə / Sahibkarlıq modulu / Zəruri ilkin kapitalın hesablanması

Zəruri ilkin kapitalın hesablanması

Paylaşmaq!

Zəruri ilkin kapitalın hesablanması bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Zəruri ilkin kapitalın hesablanması

Zəruri ilkin kapitalın hesablanması

İlkin kapital nədir?

İlkin kapital – biznes yaratmaq üçün tələb olunan pul məbləğidir. Biznesinizin effektiv fəaliyyətə başlaması üçün ilkin kapitalın dəqiq həcmini və onun nə vaxt ala biləcəyinizi mütləq bilməlisiniz. İlkin kapitalı biznesə başlamazdan öncə də əldə etmək olar.

İlkin kapital hansı məqsədləri həyata keçirmək üçün lazım ola bilər?

İlkin kapital sizə aşağıdakı məqsədləri həyata keçirməkdə lazım olacaq:

1.Böyük investisiyaların edilməsi;

2.Alətlərin, lisenziyaların və s. alınması;

3.Biznesin idarə edilməsi üçün (Dövriyyə vəsaiti) lazım olacaq.

Böyük investisiyanın cəlb olunması nədir?

Zəruri ilkin kapitalın hesablanması

Böyük investisiyanın qoyulması dedikdə müəssisə üçün torpaq, bina, avadanlıqların alınması başa düşülür.

Zəruri ilkin kapitalın hesablanması

Digər investisiyalara nələr aid edilir?

Zəruri ilkin kapitalın hesablanması

Digər investisiyalara misal olaraq kiçik alətlərin alınması, müəyyən lisenziyaların alınması, avtomobilin icarəsi və s. göstərmək olar.

Zəruri ilkin kapitalın hesablanması

Dövriyyə vəsaitləri nədir?

Zəruri ilkin kapitalın hesablanması

Dövriyyə vəsaitləri sahibkara xammal və hazır məhsul ehtiyatlarının yaradılması, reklamın təşkili, əmək haqqının verilməsi, icarə haqqının verilməsi, sığortanın ödənilməsi və digər xərclər üçün lazımdır. Yuxarıda çəkilən investisiyaların qoyuluşuna potensial sahibkara kifayət qədər vəsait lazımdır.

Bunun üçün o, təcili olaraq nəyin alınmalı olduğunu və nəyin gözləyə biləcəyini müəyyənləşdirməlidir. Gəlir əldə edənədək bir müddət müəssisəni idarə etmək lazımdır. Buna görə də, gəlir əldə etməyə başlamaq üçün müəssisəyə nə qədər vaxt lazım olduğunu müəyyənləşdirmək lazımdır. Adətən biznesin gəlir gətirməsi üçün güman edildiyindən daha çox zaman tələb olunur. Odur ki, dövriyyə vəsaitləri üçün nəzərdə tutulan müddət minimum beş aydan artıq düşünülməlidir. Kifayət həcmdə dövriyyə vəsaitinə malik olduğundan əmin olmaq üçün sahibkar investisiyalar, alət və lisenziyalar almaq üçün borc götürə bilər. Bu səbəbdən də sahibkarın borca olan təlabatını müəyyənləşdirməlidir. Bu, müəssisənin açılış anında həddindən artıq çox pulunun olması, yaxud onun çatışmaması kimi vəziyyətlərlə qarşılaşmamağına kömək edəcək.

Zəruri ilkin kapital

Zəruri ilkin kapitalın hesablanması

Müəssisəni açmaq üçün lazım olan ilkin kapitalın həcmini müəyyən etdikdən sonra bu vəsaiti haradan tapmaq olar? sualına cavab axtarmalısınız. İlkin kapital sizin qənaət edib topladığınız pullar, dostlarınızdan, tanışlarınızdan, valideynlərinizdən, banklardan, dövlət və qeyri-dövlət kredit təşkilatlarından götürdüyünüz pullar, qrantlar, subsidiyalar ola bilər.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.