Ana səhifə / KTƏ / Sistem bloku haqqında məlumat

Sistem bloku haqqında məlumat

Paylaşmaq!

Sistem bloku haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Sistem bloku haqqında məlumat

Sistem bloku haqqında məlumat

Sistem bloku nədir?

Sistem bloku haqqında məlumat

Sistem bloku fərdi kompüterlərdə istifadə edilən texniki elementlərin əsas birləşmə qovşağı olub, daxilində kompüterin işləməsi üçün lazım olan ən əhəmiyyətli vasitələri birləşdirir. Bunlardan əlavə verilənlərin bloka daxil və ya xaric edilməsi üçün periferiya qurğularından istifadə edilir.

Sistem bloku sökülə bilən hansı hissələrdən ibarətdir?

Sistem bloku haqqında məlumat

  • Qida bloku
  • Ana plata (Motherboard)
  • Əməli yaddaş (RAM)
  • Prosessor (CPU)
  • Videoyaddaş adapteri (VGA)
  • Sərt disk (HDD)
  • Maqnit disk qurğusu (DVD-RW) və sair.

Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən istifadə edirlər. İnterfeys əlaqə kanallarının proqram, elektrik və mexaniki xarakteristikalarını özündə birləşdirir.  Bu tip interfeyslərə misal olaraq ATA (İDE), Serial SATA, SCSI göstərmək olar. Xarici qurğuları qoşmaq üçün isə paralel (LPT), ardıcıl (RS-232, USB) interfeyslərdən istifadə olunur.

Sistem bloku haqqında məlumat

Bəzi firmaların (Apple, Compaq) fərdi kompüterlərində sistem bloku monitorla birlikdə bir korpusda yerləşmişdir. Ölçülərinə görə sistem blokları müxtəlif ölçüdə ola bilər. Ana plata hər kompüterin ən böyük elementi olduğuna görə əsasən ana platanın ölçüləri nəzərə alınır.

Sistem bloku haqqında məlumat

Ventilyasiya yuvaları adətən arxa və yan tərəflərdə yerləşdirilir. Bu yerlərə soyuducu Fan — lar montaj olunur. Sistem blokunun daxilində yerləşən qurğular daxili, bloka xaricdən qoşulan qurğular isə xarici qurğular adlanır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir