Ana səhifə / ŞÜİOR / E-öyrənmə haqqında məlumat

E-öyrənmə haqqında məlumat

Paylaşmaq!

E-öyrənmə haqqında məlumat bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

E-öyrənmə haqqında məlumat

E-öyrənmə haqqında məlumat

E-öyrənmə nədir?

Bütün dünyada getdikcə genişlənən İnternetMultimedia texnologiyasının şirkətlərə daxil olması e-təhsil (e-learning) layihələri sayəsində həyata keçirilir. Son illərdə e-təhsil bazarında çox sürətli bir inkişaf gözlənilir. Istifadəsi asan proqramların ortaya çıxması və getdikcə ucuzlaşan Multimedia kompüterlər bu mənada ən önəmli məqamdır. Kompüter istifadəçilərinə və şirkətlərə verdiyi imkanlar sayəsində böyük təşkilatlar və təhsil qurumları insan qaynaqları tədrisini kompüterin köməyi ilə planlaşdırırlar. Belə ki, bəzi şirkətlər və təşkilatlar bəzən işçilərini, təkmilləşdirmə kurslarına, seminarlara göndərərək vaxt itirmək istəmirlər. E-öyrənmə bunu önəmli ölçüdə qarşılamaqdadır.

Multimedia texnologiyası ilə  e-təhsilin hansı üstünlükləri vardır?

 

  • Tədris zamanını qısaldır
  • Ucuz başa gəlir
  • İşləyərək təhsil alma imkanı verir
  • Tədris mühitindən asılı olmayan təhsil
  • Tədrisin müddəti tələbə tərəfindən müəyyən edilir
  • Bir fənn bitmədən digərinə keçilmir
  • Hər tələbəyə özəl tədris aparılır
  • Tələbənin öz təhsilinə məsuliyyətini artırır

E-təhsilə nələr daxildir?

E-öyrənmə haqqında məlumatE-təhsilə elektron dərsliklər, tədris xidmətləri texnologiyaları aiddir.

Elektron dərsliklər dedikdə nə başa düşülür?

E-öyrənmə haqqında məlumatElektron dərsliklər mürəkkəb məhsul olmaqla, müasir texnikanın nailiyyətlərini, fənn sahələri üzrə mövzuları və tədris metodikasını, dizayn və bədii keyfiyyətləri özündə birləşdirir. Doğrudur, kitabla müqayisədə elektron dərsliklər üçün müəyyən proqram-texniki kompleks tələb olunur. Yaşadığımız informasiya cəmiyyətinin dinamik inkişafı üzvlərindən bütün ömrü boyu, fasiləsiz təhsil almasını tələb edir. Bu, insana zamanla ayaqlaşmaq, lazım gəldikdə peşəsini dəyişmək, cəmiyyətdə özünə layiqli yer tutmaq imkanı verir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr artıq məktəbəqədər və orta məktəb təhsili, peşə təhsili, ixtisasartırma və yenidən hazırlanma sistemi, əlavə təhsil və s. də daxil olmaqla, fasiləsiz təhsil sistemi yaratmağa başlamışlar. Təhsil sistemi həmişə dövrünün texnologiyalarından yararlanmağa çalışıb. İnformasiya texnologiyalarının inkişafı və İnternetin yaranması tədris prosesində özündən qabaqkı texnologiyalardan fərqli olaraq görünməmiş imkanlar açmışdır.

Distant təhsil

E-öyrənmə haqqında məlumatTelekommunikasiya texnologiyaları və İnternet şəbəkəsinin resursları yeni tədris tipini – uzaqdan təhsili (distant təhsili) meydana çıxarıb. Uzaqdan təhsilin subyekti, yəni təhsilalan (şagird, tələbə və s.) pedaqoqdan, tədris vasitələrindən və təhsil resurslarından uzaqda olur. Bu təhsil növü üçün də tədris prosesinə xas olan bütün komponentlər – məzmun, məqsədlər, təşkilat formaları, təlim vasitələri, nəzarət sistemi və nəticələrin qiymətləndirilməsi xarakterikdir.

Elektron kitab

Kompüter və İnternet istifadəçilərinin sayı artdıqca daha çox insan elektron kitablardan istifadə etməyə başlayır. Elektron kitab, yaxud e-kitab kağızda deyil, elektron formada (onlayn, yaxud CD-ROM və ya ona bənzər elektron daşıyıcıda) yayılan kitabdır. Getdikcə ənənəvi kitabxanaların oxucuları azalır, ona görə də bir çox kitabxanalar öz fondlarında saxlanılan kitabların elektron versiyasını hazırlayırlar.E-öyrənmə haqqında məlumatNəticədə ötən əsrin 80-ci illərindən başlayaraq «elektron kitabxana» (eyni zamanda «rəqəmsal kitabxana» və ya «virtual kitabxana») anlayışı meydana çıxıb. Elektron kitablar, əsasən, doc, txt, fb2 mətn formatlarında yayılır. Riyazi düsturların, mürəkkəb sxemlərin çox olduğu materialları mətn formatına çevirmək çətin olduğundan onları çox zaman DjVu və ya PDF kimi qrafik formatlarda saxlayırlar.

Beləliklə biz E-öyrənmə haqqında məlumat mövzusu ilə tanış olduq. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Şəbəkə qurğulardan birgə istifadə

Şəbəkə qurğulardan birgə istifadə

Öz bəndlərinə qoşulmaq imkanı verən və IP-ünvan ayıran qurumlara İnternet xidmətləri təminatçısı və ya, sadəcə, provayder deyilir.