Ana səhifə / ŞÜİOR / Qlobal şəbəkələr haqqında məlumat

Qlobal şəbəkələr haqqında məlumat

Paylaşmaq!

Qlobal şəbəkələr haqqında məlumat bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Qlobal şəbəkələr haqqında məlumat

Qlobal şəbəkələr haqqında məlumat

Qlobal şəbəkələr hansı zərurətdən meydan gəlib?

Qlobal şəbəkələr haqqında məlumat

Müasir dövrdə müəssisələrin genişlənməsi onların biznes proseslərinin informasiya təminatını və avtomatlaşdırılmasını yerinə yetirən kompüter şəbəkələrinin genişlənməsi baş verir. Bunun nəticəsində də müxtəlif kompüterlərin daxil olduğu lokal şəbəkələrin müəssisə, rayon, şəhər, ölkə, region, dünya miqyasında müxtəlif əlaqə kanalları vasitəsilə birləşdirilməsi tələbatı yaranır.

Qlobal şəbəkə nədir?

Qlobal şəbəkələr haqqında məlumat

Böyük məsafələrə paylanmış və müxtəlif nöqtələrdə birləşdirilmiş ayrı-ayrı kompüterlər və lokal şəbəkələr toplusudur. Tipik qlobal şəbəkə özündə telefon xətti və ya uzaqlaşdırılmış əlaqə vasitələri ilə birləşdirilmiş hər iki tərəfindən marşrutlayıcıya malik lokal şəbəkədir.

Qlobal şəbəkələr nə üçün yaradılıb?

Əlaqə kanallarının uzunluğunun böyük olmasına görə qlobal şəbəkələrin qurulması böyük xərclər tələb edir, buraya kabellərin və onların çəkilmə işlərinin qiyməti, kommutasiya avadanlıqlarının və kanalın lazımi keçirmə zolağını təmin edən aralıq gücləndirici qurğuların xərcləri, həmçinin böyük ərazilərdə yayılmış şəbəkə qurğularının işçi vəziyyətdə saxlanması və istismarı xərcləri də daxildir. Qlobal şəbəkələr adətən böyük telekommunikasiya şirkətləri tərəfindən abonentlərə pullu xidmət etmək üçün yaradılır.

Qlobal şəbəkələr haqqında məlumat

Qlobal şəbəkələrin qiymətinin baha olmasını nəzərə alaraq istənilən tip verilənləri: kompüter verilənlərini, telefon danışıqları, fakslar, teleqramlar, televiziya görüntüləri, teletekst, videotekst s. verilənləri ötürə bilən vahid qlobal şəbəkənin yaradılma tendensiyası meydana gəlmişdir. Hazırki dövrdə ən geniş istifadə olunan və daha geniş istifadəçi kütləsinə malik olan qlobal şəbəkə İnternet şəbəkəsidir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Elektron hökumət portalında qeydiyyat

Elektron hökumət portalında qeydiyyat

Portala giriş üçün kod və şifrə səhifəsi açılacaq. Sistemə giriş üçün tələb olunacaq istifadəçi adınızı və şifrənizi daxil edin. Tələb olunan məlumatlardan ən azı üçünü düzgün daxil edin və Növbəti düyməsini çıqqıldadın. Hesabın aktivləşdirilməsi səhifəsi açılacaq. Kodu göndər düyməsini çıqqıldadın. Qeyd etdiyiniz mobil telefon nömrəsinə aktivləşdirmə kodu gələcək. Həmin kodu daxil edin və Təsdiqlə düyməsini çıqqıldadın.