Ana səhifə / Tətbiqi Proqramlar / Excel 2016 proqramında kitablarla iş

Excel 2016 proqramında kitablarla iş

Paylaşmaq!

Excel 2016 proqramında kitablarla iş bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Excel 2016 proqramında kitablarla iş

Excel 2016 proqramında kitablarla iş

Excel 2016 proqramında yeni kitabın yaradılma ardıcıllığını necədir?

Üsul 1

  1. Excel 2016 proqramı işə salınır

Excel 2016 proqramında kitablarla iş

2. Adi qaydada boş kitab proqram işə salınarkən istifadəçiyə təklif olunur.

Excel 2016 proqramında kitablarla iş

Boş kitabın əvvəlində kursor adlanan düzbucaqlı çərçivə görünür. Düzbucaqlı çərçivə bundan sonra klaviaturadan daxil ediləcək simvolun mövqeyini göstərəcək.

Excel 2016 proqramında kitablarla iş

Kitabı yadda saxlamaq nə üçün vacibdir?

Bildiyimiz kimi excel kitabını sonrakı istifadələr üçün mütləq yadda saxlamaq lazımdır. Bu kitabın yadda saxlanılması üçün həmin fayla ad verib, onu sərt disk, yumşaq və ya şəbəkə diskində yadda saxlamaq lazımdır.

Excel kitabının yadda saxlanılması zamanı ilkin olaraq istifadəçidən nə tələb olunur?

Excel kitabının ilkin yadda saxlanılması zamanı onun adının və saxlanılacağı yerin göstərilməsi vacibdir.

Excel kitabının yadda saxlanılması ardıcıllığı necə müəyyən olunur?

Bunun üçün Файл menyusunu açın.

Excel 2016 proqramında kitablarla iş

Açılmış menyudan hansı adla yadda saxlanılmalı Сохранить как və ya ingiliscə Save as əmrini seçin.

Excel 2016 proqramında kitablarla iş

Beləliklə ekranda hansı adla yadda saxlamaq Сохранение документа və ya Save as adlanan pəncərə açılacaq. Açılmış dialoq pəncərəsində faylın yadda Kitabın yadda saxlanılması üçün Имя файла yəni faylın adı sətrinin qarşısına saxlanılacaq faylın adını verin. Lazım olsa əlavə olaraq faylın tipini də dəyişə bilərik.

	 Excel 2016 proqramında kitablarla iş

Sonra faylın saxlanılacağı yeri müəyyən edin. Məsələn Рабочий стол yəni İş masası. Bundan sonra faylı yadda saxlamaq üçün Сохранить düyməsini sıxın. Beləliklə faylımız yaddaşa verildi.

Excel kitabını bağlamaq üçün hansı klaviatur alternativindən istifadə olunur?

Excel 2016 proqramında kitablarla iş

Excel 2016 proqramında kitabı bağlamaq üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə W hərfini vurmaq lazımdır. Bu zaman proqramdakı kitab bağlanacaq və proqramın interfeysində işçi sahə boş görünəcəkdir.

Excel kitabına müraciət üçün hansı ardıcıllığa əməl olunmalıdır?

Настройка панели быстрого доступа ( ani işə salma panelinin ayarları) deyilən düymə sıxılır. Və açılan menyudan  Открыть sətri seçilir.

Excel 2016 proqramında kitablarla iş

Beləliklə Открыть düyməsi panelə əlavə olundu. Bu düymənin köməyi ilə biz hər hansı bir faylımızı proqrama çağıra bilərik. Bunun üçün Открыть düyməsi üzərində siçanın sol düyməsi bir dəfə sıxılır.

Excel 2016 proqramında kitablarla iş

Açılan eyni adlı dialoq pəncərəsindən faylın ünvanı tapılır və pəncərədə olan Открыть düyməsi üzərində siçanın sol düyməsi bir dəfə sıxılır.

Excel 2016 proqramında kitablarla iş

Beləliklə biz Excel 2016 proqramında kitablarla iş mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Excel 2016 proqramında filterlərdən istifadə

Excel 2016 proqramında filterlərdən istifadə

Данный lentinə daxil oluruq. Сортировка и фильтр alətlər qrupundan Фильтр düyməsini sıxın. Gördüyümüz kimi cədvələ filter tətbiq olundu.