Ana səhifə / Ofis proqramları modulu / Excel 2016 proqramında verilənlərin formatı

Excel 2016 proqramında verilənlərin formatı

Paylaşmaq!

Excel 2016 proqramında verilənlərin formatı bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Excel 2016 proqramında verilənlərin formatı

Excel 2016 proqramında verilənlərin formatı

Xanaya format təyin etmək üçün hansı lentin imkanlarından istifadə olunur?

Xanaya daxili format təyin etmək üçün Home-Главная lentinin imkanlarından istifadə olunur. Microsoft Excel 2016 proqramında formatlaşdırma verilənlərdən əvvəl və ya sonra aparıla bilər. Xanaya format təyin etmək çox asandır. İlk növbədə xana və ya xanalar diapazonu seçilməlidir.

Excel 2016 proqramında verilənlərin formatı

Xanalara format təyin etmək üçün Excel 2016 proqramı hansı imkanlar təklif edir?

  Bildiyimiz kimi Microsoft Excel 2016 proqramında formatlaşdırma verilənlərdən əvvəl və ya sonra aparıla bilər. Xanalara aşağıdakı formatlardan birini təyin etmək olar.

Excel 2016 proqramında verilənlərin formatı

Məsələn: Ümumi format, rəqəm formatı, pul formatı, maliyyə formatı, tarix və vaxt formatı və sair. Bu əməliyyatı istər Home-Главная lentindəki Число-Number alətlər qrupunun elementlərinin köməyi ilə istərsə də Format cells- Формат ячеек dialoq pəncərəsinin köməyi ilə yerinə yetirmək olar.

Number alətlər qrupu aşağıdakı formatları xanaya təyin etməyə imkan verir.

  • General-Общий-Ümumi
  • Number-Числовой-Rəqəm
  • Currency-Денежный-Pul
  • Accounting-Финансовый-Maliyyə
  • Short date-Краткий формат даты-Qısa tarix formatı
  • Long date- Длинный формат даты- Uzun tarix formatı
  • Time-Время-Vaxt formatı
  • Percentage-Процентный-Faiz formatı
  • Fraction-Дробный-Kəsr formatı
  • Scientific-Экспоненциалный-Eksponensial format
  • Text-Текстовый-Mətn formatı

General-Общий formatı xanada hansı verilənləri daxil etməyə imkan verir?

Excel 2016 proqramında verilənlərin formatı

Qeyd etmək lazımdır ki, General-Общий formatının xanaya təyini zamanı Excel 2016 proqramı xanadakı veriləni ya mətn ya da ki, rəqəm kimi görür. Susmaya görə bu format xanaya əvvəlcədən təyin olunur.

Number-Числовой formatı xanada hansı verilənləri daxil etməyə imkan verir?

Qeyd etmək lazımdır ki, Number-Числовой formatının xanaya təyini zamanı Excel 2016 proqramı xanadakı veriləni onluq rəqəm kimi qəbul edir. Xanaya məsələn «4» rəqəmi yazdıqda və bu format təyin olunduqda onda «4,00» kimi görsənir. Bundan sonra həmin xanaya mətn daxil etmək olmaz.

Excel 2016 proqramında verilənlərin formatı

TextТекстовой formatı xanada hansı verilənləri daxil etməyə imkan verir?

Qeyd etmək lazımdır ki, TextТекстовой formatının xanaya təyini zamanı Excel 2016 proqramı xanadakı veriləni mətn kimi görür. Yəni xanaya rəqəm daxil edildikdə belə o mətn kimi proqram tərəfindən qəbul olunur. Heç bir hesablaama əməliyyatı aparmaq olmur.

Excel 2016 proqramında verilənlərin formatı

Beləliklə biz Excel 2016 proqramında verilənlərin formatı mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.