Ana səhifə / Tətbiqi Proqramlar / Slaydlara keçid effektlərinin verilməsi

Slaydlara keçid effektlərinin verilməsi

Paylaşmaq!

PowerPoint 2016 slaydlara keçid effektlərinin verilməsi bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

PowerPoint 2016 slaydlara keçid effektlərinin verilməsi

Bir slaydan digər slayda keçid effektləri tətbiq etmək üçün nə edirlər?

Bunun üçün təqdimatdakı ilk slayd qeyd olunur. Sonra isə Transitions (Переходы) lentinə daxil olub Transition to This Slide (Переход к этому слайду) alətlər qrupundan keçid effektlərindən biri seçilir.  Effektin bütün slaydlara tətbiqi üçün Timing (Время показа слайдов) alətlər qrupundan Apply to All (Применить ко всем) düyməsi sıxılır.Slaydlara keçid effektlərinin verilməsi

Bir slaydan digər slayda keçidin səslə müşahidə olunması üçün nə edirlər?

Bunun üçün təqdimatdakı ilk slayd qeyd olunur. Sonra isə Transitions (Переходы) lentinə daxil olub Timing (Время показа слайдов) alətlər qrupundan Sound (Звук) siyahısından səs seçilir. Burada Duration (Длительность) Animasiya müddətini göstərir.Slaydlara keçid effektlərinin verilməsi

Bir slaydan digər slayda keçidin avtomatik təmin olunması üçün nə edirlər?

Bunun üçün Transitions (Переходы) lentinə daxil olub Timing (Время показа слайдов) alətlər qrupundan On Mouse Click (По щелчку) çeksboksundan işarə yığışdırılır.Slaydlara keçid effektlərinin verilməsi

Beləliklə biz PowerPoint 2016 slaydlara keçid effektlərinin verilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.