Ana səhifə / Tətbiqi Proqramlar / Şəkil albomunun yaradılması

Şəkil albomunun yaradılması

Paylaşmaq!

Şəkil albomunun yaradılması bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Şəkil albomunun yaradılması

Fotoalbom düyməsi hansı əməliyyatı icra edir?

Şəkil albomunun yaradılmasıƏgər biz şəkil albomu hazırlamaq qərarına gəlsək, onda bu işdə bizə Microsoft PowerPoint 2016 proqramı kömək ola bilər. Foto albom aləti bizə öncədən seçilmiş şəkillərdən ibarət yeni şəkil albomu xarakterli təqdimat faylı yaratmağa imkan verir.

Şəkil albomunun yaradılması üçün hansı əməliyyat yerinə yetirilməlidir?

Təqdimata fotoalbomun yerləşdirilməsi üçün İnsert (Вставка) lentinə daxil olub İmage (Изображения) alətlər qrupunda yerləşən PhotoAlbum (Фотоальбом) düyməsi sıxılmalıdır. Və ya açılan menyudan New Photo Album (Создать Фотоальбом..)  əmri vurulmalıdır.Şəkil albomunun yaradılması

Addım 1 PhotoAlbum (Фотоальбом) şəkil albomuna daxil olacaq şəkillərin seçilməsi

PhotoAlbum (Фотоальбом) şəkil albomuna daxil olcaq şəkillərin seçilməsi üçün Həmin pəncərədə File/Disk(Файл или Диск) düyməsi sıxılmalıdır.Şəkil albomunun yaradılmasıAçılan növbəti dialoq pəncərədə isə şəkillərin yerləşdiyi qovluğa daxil olub şəkilləri seçmək lazımdır.Şəkil albomunun yaradılmasıŞəkilləri seçdikdən sonra İnsert (Вставить) düyməsini sıxamaq lazımdır. Beləliklə şəkillər siyahıya daxil olunur.Şəkil albomunun yaradılması

Addım 2 Şəkillər üzərində redaktə əməliyyatının aparılması.

Burada sol tərəfdə əlavə etdiyiniz şəkillərin siyahısı, sağ tərəfdə isə siyahıda seçdiyiniz şəkli görə bilərsiniz.Şəkil albomunun yaradılmasıŞəkillərin ardıcıllığında dəyişiklik etmək istəsəniz burada Ox işarəsi düymələrindən istifadə edə bilərsiniz.Şəkil albomunun yaradılması Lazım olmayan hər hansı bir şəkli seçib Remove (Удалить ) düyməsini sıxmaqla silmək olar.

Addım 3 Şəkillər üzərində format əməliyyatının aparılması.

Burada isə olan düymələr şəkillər üzərində format əməliyyatlarını aparmağa imkan verir. Məsələn şəkillərin parlaqlıqlarını dəyişmək üçün bu düymələrdən istifadə etmək olar.Şəkil albomunun yaradılmasıŞəkillərin istiqamətini dəyişmək istəsəniz onda digər düymələrdən istifadə etmək lazımdır.Şəkil albomunun yaradılması Əgər şəkillərimizin albomda rəngsiz görsənməsini istəyiriksə, bu zaman All pictures black and white çeksboksu işarələnməlidir.Şəkil albomunun yaradılması

Addım 4. Slayda mövzunun tətbiqi

Şəkillərin əlavə olunacaq slaydalara hər hansı bir mövzunu tətbiq etmək üçün  Обзор (Browse) düyməsi sıxılmalıdır.

Şəkil albomunun yaradılmasıAçılan dialoq pəncərəsində bizə təqdim olunan mövzular içərisində birini seçə bilərik.Şəkil albomunun yaradılması

Addım 5. Şəkillərin slayd üzərində yerləşdirilməsi

Picture layout (Разметка в слайд) bölməsi şəkillərin slayd üzərində yerləşdirilməsini müəyyən etmək üçündür. Burada fərqli modellər mövcuddur. Fit to slide (Вписать в слайд) sətri seçilərsə, o zaman hər bir şəkil bir slayd üzərinə tətbiq olunmaqla bütün slaydı tutacaqdır. 1 picture (1 рисунок)  bir şəkil slaydın ortasında olacaqdır. 2 picture (2 рисункa) bir slaydda iki şəkil olacaqdır.Şəkil albomunun yaradılmasıBəzi tənzimləmələr aparıldıqdan sonra Create (Создать) düyməsi vurulur. Beləliklə şəkillərdən ibarət albomunuz yarandı.

Beləliklə biz Şəkil albomunun yaradılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramında sənədlərlə iş

Word 2016 proqramında sənədlərlə iş

Bildiyimiz kimi sənədi sonrakı istifadələr üçün mütləq yadda saxlamaq lazımdır. Bunun sənədin yadda saxlanılması üçün həmin fayla ad verib, onu sərt disk, yumşaq və ya şəbəkə diskində yadda saxlamaq lazımdır.