Ana səhifə / Tətbiqi Proqramlar / PowerPoint 2016 animasiya effektləri

PowerPoint 2016 animasiya effektləri

Paylaşmaq!

PowerPoint 2016 animasiya effektləri bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

PowerPoint 2016 animasiya effektləri

Obyektlərə animasiya tətbiq etmək üçün nə edirlər?

Bunun üçün obyekt qeyd olunur. Animation (Анимация)-Animasiya alətlər qrupundan istənilən effekt nümunəsi seçilir. Əgər animasiyanın əlavə parametrləri mövcuddursa, o zaman Effect Options (Параметры эффектов) menyusundan seçilə bilər.PowerPoint 2016 animasiya effektləri

Obyektlərə animasiya tətbiq olunmuş animasiyanı necə nümayiş etdirmək olar?

Bunun üçün Preview (Просмотр) alətlər qrupundan Preview (Просмотр) düyməsi sıxılır.PowerPoint 2016 animasiya effektləri

Obyektlərə tətbiq olunan animasiyanı necə silmək olar?

Bunun üçün animasiya tətbiq olunmuş obyekt qeyd olunur. Animation (Анимация) alətlər qrupundan menyuya daxil olub None (Нет) düyməsini vururuq.PowerPoint 2016 animasiya effektləri

Obyektlərə bir neçə animasiyanı necə tətbiq etmək olar?

Bunun üçün animasiya tətbiq olunmuş obyekt qeyd olunur. Advanced Animation (Расширенная анимацию) alətlər qrupundan Add Animation (Добавить анимацию) menyusu açılır. Digər animasiya seçilir.PowerPoint 2016 animasiya effektləri

Obyektlərə  tətbiq olunan animasiyanı istifadəçi necə tənzimləyə bilər?

Bunun üçün Advanced Animation (Расширенная анимацию) alətlər qrupundan Animation Pane (Область анимации)-Animasiya sahəsi düyməsi sıxılır. Açılan pəncərədə istifadəçi animasiyanın digər parametrlərini tənzimləyə bilər.PowerPoint 2016 animasiya effektləri

Obyektlərə  tətbiq olunan animasiyanı müddətini necə tənzimləmək olar?

Bunun üçün Timing (Время показа слайдов)-Vaxt alətlər qrupundan Start (Начало)-Başlamaq, Duration (Длительность)-Animasiya müddəti Delay (Задержка)-Ləngimə kimi parametrləri tənzimləmək lazımdır.PowerPoint 2016 animasiya effektləri

Beləliklə biz PowerPoint 2016 animasiya effektləri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 Şrift və Abzas alətlər qrupu

Word 2016 Şrift və Abzas alətlər qrupu

Mətnin bütövlükdə seçilməsi üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə A hərfi vurulur. Bundan sonra Главная lenti üzərinə bərkidilmiş  Шрифт  panelinə diqqət edək.  Шрифт paneli üzərində müxtəlif düymələr toplanmışdır ki, onlar mətnin şrifti üzərində müxtəlif əməliyyatlar yerinə yetirməyə imkan verir.