Ana səhifə / Ofis proqramları modulu / Word 2016 proqramının Макет lenti

Word 2016 proqramının Макет lenti

Paylaşmaq!

Word 2016 proqramının Макет lenti bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Word 2016 proqramının Макет lenti

Word 2016 proqramının Макет lenti

Макет lenti hansı alətlər qrupundan təşkil olunmuşdur?

  1. Таблица (Cədvəl) alətlər qrupu
  2. Рисование (Rəsm) alətlər qrupu
  3. Строки и столбцы (Sətirlər və sütunlar) alətlər qrupu
  4. Обьединение (Birləşdirmə) alətlər qrupu
  5. Размер ячейки (Xanaların ölçüləri) alətlər qrupu
  6. Выравнивание (Düzləndirmə) alətlər qrupu
  7. Данные (Verilənlər) alətlər qrupu

Макет lentinin Таблица (Cədvəl) alətlər qrupuna hansı elementlər daxildir?

Word 2016 proqramının Макет lenti

Bu alətlər qrupu 3 funksiyanı özündə birləşdirir.

  1. Выделить — Cədvəl elementlərini qeyd olunması (seçilməsi) üçün nəzərdə tutulmuşdur.
  2. Отобразить сетку Cədvəl haşiyələrinin görünməsini təmin etmir.
  3. Свойства — Cədvəlin xüsusiyyətlər pəncərəsini ekrana çağırır.

Макет lentinin Рисование (Rəsm) alətlər qrupuna hansı elementlər daxildir?

Word 2016 proqramının Макет lenti

  1. Нарисовать таблицу — Cədvəlin karandaşla çəkilməsi üçün nəzərdə tutulmuşdur.
  2. Ластик — Cədvəl elementlərinin pozanla silinmə üçün nəzərdə tutulmuşdur.

Макет lentinin Строки и столбцы (Sətirlər və sütunlar) alətlər qrupuna hansı elementlər daxildir?

Word 2016 proqramının Макет lenti

  1. Удалить — Cədvəlin sətrini, sütunun, xanasını və bütövlükdə cədvəlin özünü silmək üçün nəzərdə tutulmuşdur.
  2. Вставить сверху — Cədvələ yuxarıya doğru sətir əlavə edir.
  3. Вставить снизу — Cədvələ aşağıya doğru sətir əlavə edir.
  4. Вставить слева — Cədvələ sol tərəfə yeni sütun əlavə edir.
  5. Вставить справа — Cədvələ sağ tərəfə yeni sütun əlavə edir.

Макет lentinin Обьединение (Birləşdirmə) alətlər qrupuna hansı elementlər daxildir?

Word 2016 proqramının Макет lenti

  1. Обьединить ячейки — Qeyd olunmuş xanaları birləşdirir.
  2. Разделить ячейки — Cədvəldəki xananı əlavə bir neçə xanaya bölür.
  3. Разделить таблицу — Cədvəli kursorun dayandığı mövqedən bölür.

Макет lentinin Размер ячейки (Xanaların ölçüləri) alətlər qrupuna hansı elementlər daxildir?

Word 2016 proqramının Макет lenti

Bu alətlər qrupu aşağıdakı alətləri özündə birləşdirir.

  1. АвтоподборSütun genişliyini xananın tərkibinə görə artırır və ya azaldır;
  2. Высотa Sətirlərin hündürlüyünü müstəqil təyin etməyə imkan verir.
  3. Ширинa Sütunların enini müstəqil təyin etməyə imkan verir.
  4. Выровнять высоту строкSətirlərin hündürlüyünü bərabərləşdirir.
  5. Выровнять ширину столбцов Sütunların enini bərabərləşdirir.

Макет lentinin Выравнивание (Düzləndirmə) alətlər qrupuna hansı elementlər daxildir?

Word 2016 proqramının Макет lenti

  1. Нaправление текста — Cədvəl daxili mətnin istiqamətini dəyişmək
  2. Поля ячейки — Xana daxili sahənin nizamlanması

Макет lentinin Данные (Verilənlər) alətlər qrupuna hansı elementlər daxildir?

Word 2016 proqramının Макет lenti

  1. Сортировка — Cədvəl daxili elementlərin çeşidlənməsi
  2. Повторит строки заголовков — Cədvəl başlıqlarının təkrarlanması
  3. Преобразовать в текст — Mətni cədvələ çevirmək.
  4. Формула — Cədvəl daxilinə düsturlar yerləşdirmək

Beləliklə biz Word 2016 proqramının Макет lenti mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.